Главная » 2012»Декабрь»2 » Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyinin sədri təqib edilir
00:53
Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyinin sədri təqib edilir
Hüquq müdafiəçisi, Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyinin sədri, Elnur Məlikovun yaşadığı mənzilin kommunikasiya xətlərinin borularının kimlərsə tərəfindən bilərəkdən, dağıdılmasını aşkar edib. Elnur Məlikovun xahişi ilə noyabrın 30-da hadisə yerinə, həmin ünvanın sahə müvəkkili, polis mayoru Famil Vəliyev tərəfindən baxış keçirilib. Polis mayoru ilə təmas zamanı hüquq müdafiəçisi sahə müvəkkilinin nəzərinə çatdırıb ki, zirzəminin qapısının qıfılda saxlanılması və qıfılın sındırılmadan bu hadisənin baş verməsi təsadüfi deyil və bunu birbaşa ictimai fəaliyyəti ilə əlaqəlidir.
Elə həmin gün hüquq müdafiəçisi Nizami RPİ-nin rəisi, polis polkovniki Nofəl Məhərrəmova, elektron poçt vasitəsiləaçağıdakı məzmunda müraciət ünvanlayıb: "Bu hadisənin, bir ictimai fəal, hüquq müdafiəçisi və müxtəlif ictimai məsələlərdə fərqli düşüncə nümayiş etdirən vətəndaş olduğum üçün mənə qarşı təzyiq halı kimi baş verdiyi qənaətindəyəm. Sizə müraciət etməkdə əsas məqsədim, qənaətimi Sizinlə bölüşməkdir. Eyni zamanda bir daha nəzərinizə çatdırıram ki, bu hadisə qəsdən törədilib və buna şübhə ilə yanaşmaq üçün əsas görmürəm. Ümid edirəm vətəndaşlıq mövqeyimdən və ictimai fəaliyyətimdən aslı olmayaraq, hər kəs kimi, özümə qarşı təzyiq, təqib, təhdid kimi hallarla üzləşdiyim zaman, hüquq mühafizə orqanlarına müraciət etmək haqqına malikəm”.
Xatırladaq ki, 27.11.2012 tarixində ADİ İB-nin sədri Bakı şəhər İcra hakimiyyətinə Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə, 10.12.2012 tarixində, saat 15:00-da, Bakı şəhərinin Sabir bağında, 50 nəfərə qədər vətəndaşın iştirakılə, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu və 11-ci maddələrinə əsaslanaraq, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə, dinc etiraz aksiyası keçirilməsi ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb. Aksiyanın məqsədi Azərbaycan hakimiyyəti və dünya ictimaiyyətinin diqqətini ölkəmizdə insan hüquqlarının vəziyyətinə cəlb etməkdir.