Главная » 2012»Май»25 » Avropa Parlamenti Azərbaycanda hüquq və azadlıqları pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb
17:54
Avropa Parlamenti Azərbaycanda hüquq və azadlıqları pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Mayın 24-də axşam saatlarında Avropa Parlamenti Azərbaycandakı vəziyyət haqqında qətnamə qəbul edib. Sənəddə hakimiyyətin vətəndaşların hüquq və azadlıqlarının pozulmasına yönəlmiş siyasəti tənqidə məruz qoyulub.
"Azərbaycanda ifadə və toplaşmaq azadlıqlarının pozulmasına yönəlmiş bütün əməllərə dərhal son qoyulmalıdır”, deyə qətnamədə qeyd edilir.
"Eurovision” müsabiqəsinin Bakıda keçirilməsi hakimiyyətin demokratiya və insan hüquqları sahəsində qəbul etdiyi öhdəliklərə sadiqliyini nümayiş etdirməsi üçün imkan yaradır.
Jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı basqılar, hədələr və onların həbsi ilə bağlı məlumatlar fonunda Avropa Parlamenti Azərbaycan hakimiyyətini ifadə və toplaşmaq azadlıqlarına son qoymağa və qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırmağa çağırır.
Avropa Parlamenti Azərbaycanı bütün hüquq sistemində islahatlara başlamağa çağırır və Crystal Hall zalının yerləşdiyi ərazidə müxtəlif inşaat layihələrinin həyata keçirilməsi üçün yüzlərlə vətəndaşın əmlakının əlindən alınmasını və evlərindən zorla çıxarılmasını pisləyir.
Avropa Parlamenti Aİ-nin xarici əlaqələr üzrə ali nümayəndəsi Ketron Eştonu və Avropa Komissiyasını "Eurovision” müsabiqəsindən sonra Azərbaycandakı vəziyyəti müşahidə etməyə və Aİ üzvü olan ölkələri Azərbaycanda insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırır, deyə qətnamədə vurğulanır.