Главная » 2012»Ноябрь»7 » Avropanın yüksək çinli diplomatları həbsxanada Hilal Məmmədova baş çəkmişlər
16:21
Avropanın yüksək çinli diplomatları həbsxanada Hilal Məmmədova baş çəkmişlər
Bakıda işgüzar səfərdə olan Avropa Şurasının İnsan haqları üzrə komissarı cənab Nils Muiznieks və ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi xanım Dünya Miyatoviç həbsxanada hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədova baş çəkmişlər.
Avropanın yüksək çinli diplomatlarının Azərbaycan hakimiyyəti tərəfindən şərlənərək həbs edilən jurnalist-alimlə görüşü bir saata qədər davam etmişdir.
Bundan əvvəl Hilal Məmmədovun Avropa Şurasının rəsmilərinə, o cümlədən Avropa Şurasının İnsan hüquqlaı üzrə komissarı cənab Nils Muiznieksə aşıq məktubu mediyada dərc edilmişdir.
ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Muyjnieks Azərbaycana səfər çərçivəsində Azərbaycanın dövlət və hökumət rəsmiləri ilə görüşlər keçiriblər.