Главная » 2012»Март»29 » Azərbaycanın İranla sərhəddəki hərbi hava bazalarını İsrailin ixtiyarına verəcəyiylə bağlı xəbərlər yayılıb
18:33
Azərbaycanın İranla sərhəddəki hərbi hava bazalarını İsrailin ixtiyarına verəcəyiylə bağlı xəbərlər yayılıb
ABŞ-ın kəşfiyyat rəsmiləri isə Azərbaycanda İsrail təsirinin güclü olduğundan və bu əlaqənin İsrail-İran gərginliyinin azaldılması üçün Vaşinqtonun diplomatik səylərinə ciddi zərər verəcəyindən narahatdır. ABŞ-da yayımlanan "The Foreign Policy” jurnalı yüksək vəzifəli amerikalı diplomatlar və hərbi kəşfiyyat rəsmilərinə istinadən yazıb ki, İranın şimal sərhədindəki Azərbaycan hava məkanına İsrailə giriş icazəsi verilib.
Amerikalı bir rəsmi jurnala deyib ki, İsrail Azərbaycandan bir hava limanı satın alıb və bunun adı "Azərbaycan”dır. ABŞ kəşfiyyatı və hərbi dairələri İsrailin Azərbaycanla sıx əməkdaşlıq etməsindən ciddi narahatlıq keçirdiyini də jurnala bildiriblər. Çünkin ABŞ indiki məqamda İrana yönəlik hərbi müdaxiləyə can atan İsraili fikrindən daşındırmaq, artan Təl Əviv-Tehran gərginliyini azaltmaq istəyir. Lakin Azərbaycanla İsrailin hərbi əməkdaşlığı Vaşinqtonun səylərini zərbə altında qoyur.
İranı yaxından izlədiklərini və İsrailin bu ölkəyə qarşı mümkün hərbi müdaxiləsinin nəticələrini dəyərləndirdiklərini deyən amerikalı bir hərbi rəsmi "İsrailin Azərbaycanda nə etdiyini izləyirik. Biz baş verənlərdən və gördüklərimizdən razı deyilik” bildirib.
"The Foreign Policy”nın xəbərinə görə, Azərbaycan Sovet dövründən qalma dörd hərbi hava bazasının İsrail üçün hazır olduğunu açıqlayıb. Amerikalı rəsmilər İsrailin hərbi hava bazalarından istifadə hüququnu gizli siyasi və hərbi müqavilə sayəsində əldə etdiyini bildirib. ABŞ səlahiyyətliləri ortada "yazılı bir şey” olduğuna inanmadıqlarını ancaq İsrailə məxsus reaktiv qırıcıların İrana hücumdan sonra Azərbaycana eniş izni alacaqlarından əmindilər.
Yazıda İranla-Azərbaycan münasibətlərindəki son aylar müşahidə olunan gərginlik təsvir edilir. Məqalənin müəllifi Mark Peri hər şeyi kifayət qədər ətraflı və dəqiq təsvir edir. Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyatlarını, İranın notalarını və s haqda danışır. Hətta hakim partiya üzvlərinin Azərbaycanın adının Şimali Azərbaycana dəyişdirilməsi təklifini də xatırladır. Müəllif yazır ki, müdafiə naziri Səfər Əbiyev İrana səfərində Azərbaycanın heç bir xarici ölkəyə İrana hücum üçün öz ərazisindən istifadə etməyə razılıq verməyəcəyini bəyan edib. Lakin yazıda iddia olunur ki, İsrail təyyarələrinin İranı bombalayaraq Azərbaycan ərazisində yerə enmələri ehtimalları var. Bundan başqa, yazıda İsrailin Xüsusi axtarış dəstələrinin Azərbaycan ərazisində yerləşməsi imkanlarına toxunulur. Söhbət düşmən ərazisində vurulan təyyarəçiləri xilas etmək üçün vertolyotla onun ərazisinə çıxarılan desant dəstələrindən gedir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev "lent.az”a deyib ki, "Foreign Policy” jurnalının Azərbaycanın İsrailə hərbi hava bazası verdiyi barədə yaydığı məlumatı təkzib edir.