Главная » 2012»Октябрь»16 » Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin olunan məmurların özbaşınalığı davam edir
23:44
Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin olunan məmurların özbaşınalığı davam edir
"Talış xalqının hüquqlarının müdafiə komitəsinə” Lənkəran rayonunun kənd icra hakimiyyəti orqanlarının bir neçə işçisindən, onların hüquqlarının pozulması barəsində, şikayət daxil olmuşdur. Şikayətçilərin xahişini və ehtiyat etmələrini nəzərə alıb, onların anonimliyini təmin edirik.
Şikayətçilərin dediyinə görə Lənkərana bu il aprelin 14-də təyin edilmiş icra hakimiyyətinin başçısı Taleh Qaraşov avqustun 14-də kənd inzibati ərazi dairəsi nümayəndəliklərinin işçilərindən aldığı 1000 – 6000 manatlıq rüşvət müqabilində onları işlədikləri vəzifəyə təsdiq etmişdi. Lakin o, sentyabrın 24-də, 2012-ci ilin iyun ayında "Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişiklikləri bəhanə edərək, kənd nümayəndəliklərinin ali təhsili olmayan işçilərinin fəaliyyətinə xitam vermişdir.
Hazırda Lənkəran rayonu üzrə kənd nümayəndəliklərinin 29 qulluqçusu işdən kənarlaşdırılıb. Baxmayaraq ki, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri V.Əsgərovun təsdiqinə görə dəyişiklik yalnız 2001-ci ildən sonra bu vəzifələrə təyin olunan qulluqçulara şamil edilməlidir, T.Qaraşov AR Prezidentinin fərmanı ilə təsdiq edilmiş sözü gedən Əsasnaməni kobud şəkildə pozaraq hələ sovet dövründən bu sahədə çalışan və dövlət dəftərxana işlərini mükəmməl bilən, eyni zamanda pensiya yasına çatmasına bir neçə ay qalmış işçiləri də bayıra tullamışdır. Burada ritorik bir sual ortaya çıxır: Görəsən ölkə Prezidentinin etibar edib məsul vəzifəyə təyin etdiyi adamın qanunvericiliyi bu cür kobudcasına pozmasından xəbəri varmı?
Onu da qeyd edək ki, hüquqları pozulmuş bu şəxslərin məhkəməyə müraciət etmə cəhdləri də nəticəsiz qalıb. Lənkəran rayon məhkəmə işçiləri Prezidentin bu səlahiyyətli məmuruna qarşı məhkəmə iddiasını qəbul etməkdən çəkiniblər.
Maraqlıdır ki, dövlət başçısı rüşvət və korrupsiyanın ölkənin beynəlxalq imicinə ziyan vurmasından, bu biabırçı vəziyyətlə daima və qətiyyətlə mübarizə aparmaq zərurətindən danışır, lakin onun komanda üzvləri müxtəlif bəhanələrlə tabeliyində olanların hüquqlarını tapdalayıb onlardan rüşvət qoparmaqda davam edirlər.
AR-da insan hüquqlarının pozulması sistematik bir hal alıb. Bu cür halların Azərbaycanın da üzv olduğu Avropa Şurasının müvafiq təşkilatlarına çatdırmağı zəruri hesab edirik.
Zahirəddin İbrahimi Talış xalqının hüquqlarını müdafiə komitəsinin sədri 16.10.2012
Благодарю своего брата, Загираддина за очередную, интересную статью, однако, сенсационного ничего не прочитал. Беспредел, вымогательства в этом ханстве происходит под руководством "семьи" и с их согласием. Никто в мире им не указ. Чувствуя, конец своего ханства, аппетит у них удвоился, но это не к добро.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]