Главная » 2011»Сентябрь»30 » Iranın Arannews saytı "Əlikram Hümmətov İrana dəvət olunacaq" xəbərini yaydı
22:06
Iranın Arannews saytı "Əlikram Hümmətov İrana dəvət olunacaq" xəbərini yaydı
Iranın Arannews saytının məlumatına görə Azərbaycan Respublikası talış xalqı fəallarından olan Əlikram Hümmətov İrana dəvət olunacaq.
Sayt xəbər verir ki, qərb ölkələrinin birində yaşayan Əlikram Hümmətov bəzi qeyri-hökumət təşkilatları və İranda yaşayan talış xalqının bir sıra camaatı tərəfindən İrana dəvət olunur.
"Arannews” daha sonra öz araşdırmalarını təqdim edərək yazır: "Azərbaycan Respublikasında milli ayrıseçkilik bu ölkənin acı həqiqətlərindən biri hesab olur. Bu arada Azərbaycanda yaşayan talışlar ölkənin digər xalqlarına nisbətən daha çətinlik və sıxıntı içərisindədir."
Sözü gedən xəbərdə daha sonra qeyd edilir: "Azərbaycan rəsmi statistikası talışların sayını 1 milyondan az olduğunu bildirsə də, talış fəalları bu xalqın təqribən 2 milyon olmasını deyirlər.
Sovet İttifaqının dağılmasından sonra Azərbaycan Respublikasında yaşayan talışlar, aşağı sosial durum, az gəlir, milli, mədəni ayrıseçkilik və s. kimi problemlərdən yaxa qurtarmağın tənha yolunu AR-dan ayrılmaqda görürdülər.
Həmin məqsədlə talış xalq siyasi fəallarından olan Əlikram Hümmətov 1993- cü ildə Azərbaycanda Talış-Muğan Respublikasını yaratdı. Bu dövrdə Azərbaycanda yaşayan talışlar özlərinin muxtariyyətini tələb edirdilər. Lakin hökümət tərəfindən yatırıldılar və Talış-Muğan Respublikasının banisi Əlikram Hümmətov respublikanın yaradılmasından bir müddət sonra həbs edildi və bir neçə il zindanda qaldı. O azadlığa buraxıldıqdan sonra Avropa ölkələrindən birində yaşayır. Bu məntəqə xalqı indi də müstəqillik ardıncadır və bunun üçün hər vaxt imkan yaransa, gerçəkləşəcəkdir.
Hal-hazırda AR-da yaşayan talışların talış dilində məktəb, televiziya kanalı, mətbuat və s. olması talış xalqının minimum tələbləridir. Əlbəttə, Bakı dövləti onların istəyini yerinə yetirmək barədə düşünmür.
Qeyd edək ki, Talış-Muğan Respublikasının banisi Əlikram Hümmətov zindandan azad olduqdan sonra Azərbaycan dövləti onun vətəndaşlığını ləğv etdi və o, hal-hazırda qərb ölkələrinin birində yaşayır. Son vaxtlar Əlikram Hümmətov AR-da yaşayan talışlara mesaj göndərərək, onların hüquqlarının tanınması üçün son nəfəsinə qədər mübarizə aparacağını bildirib.
Demək yerinə düşər ki, Əlikram Hümmətov bir neçə il öncə İran xalqına xitab olaraq öz dərdli məktubunu göndərmişdi. Həmin məktubun bir hissəsində belə yazılmışıdı: "Tale belə gətirib ki, qüdtərli İran dövlətinin ayrılmaz bir hissəsi və İran torpağının tayfalarından olan talış xalqı 200 ilə yaxındır ki, 19-cu əsrdə İran səltənətinə yiyələnmiş üzüqara qacarilər silsiləsinin xəyanəti nəticəsində tikanlı məftillərlə iki yerə bölünmüşdür... Biz öz mədəniyyət və folklorumuzdan ayrı düşmüşük. Bu xalq hətta kommunist rejiminin təqzyiqləri altında Allahın haqq dinini və öz mədəniyyətini qoruyub saxlamışdı. Biz talışlar kök və soyumuzun iranlı olması ilə fəxr edir və özümüzü tarixi vətənimiz İrandan ayrı təsəvvür edə bilmirik. Bizi sıxışdırsalar və əzsələr də İrana sevgi əbədi olaraq bizim qəlbimizdədir.”"