Главная » 2012»Февраль»29 » Azərbaycan səfiri bir daha İranın Xarici İşlər Nazirliyinə çağırıldı
22:17
Azərbaycan səfiri bir daha İranın Xarici İşlər Nazirliyinə çağırıldı
Azərbaycan Respublikası ilə İsrail rejimi arasındakı silah anlaşması ilə bağlı xəbərlər haqda izahat verməsi üçün İranın Xarici İşlər Nazirliyinə dəvət olunan Azərbaycan Respublikasının Tehrandakı səfiri (səfir son bir ayda 2-ci dəfədir ki, XİN-ə dəvət olunur) deyib: Bu təchizatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün alınıb.
Fars İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası tərəfindən sionist rejimdən 1,5 milyard dollar dəyərində hərbi təchizatın satın alınması barəsində xəbərlərin yayımlanmasının ardınca, ötən gün çərşənbə axşamı 28 fevralda bu ölkənin Tehrandakı səfiri Cavanşir Axundov İranın xarici işlər nazirinin Asiya və Okeaniya məsələləri üzrə müavini Seyid Abbas İraqçı tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb və qeyd olunan xəbər barəsində Azərbaycan hökuməti tərəfindən rəsmi izahatın verilməsini istəyib.
Azərbaycan Respublikasının səfiri hökumətinin bildirişindən sonra açıqlayıb ki, sionist rejimdən alınan təchizat yalnız Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması məqsədini daşıyır və bu ölkə hökuməti 3-cü ölkəyə qarşı, xüsusilə də İran İslam Respublikasına qarşı bu silahdan istifadəyə icazə verməyəcək.
Axundov İran İslam Respublikası ilə dostluq münasibətlərinin inkişafı üçün Azərbaycan hökumətinin əzmkarlığını yenidən qeyd edib və istənilən anlaşılmazlığın aradan qaldırılması üçün daha artıq fikir mübadiləsinin aparılmasını istəyib.
Görüşdə İranla sərhəd ölkələrdə nüfuzunu inkişaf etdirmək və bu ölkələrdən İran İslam Respublikasına qarşı istifadə etməklə əlaqədar sionist rejim tərəfindən elan olunmuş siyasətə toxunan İraqçı sionist rejimin İrana qarşı terror aktlarının törədilməsi istiqamətində Azərbaycan Respublikası torpağından hər növ istifadəsi ilə bağlı xəbərdarlıq edib.
Washington Post qəzeti fevralın 26-da yazdığına görə, sionist İsrail rejiminin hərbi nümayəndələri təsdiqləyiblər ki, Azərbaycan Respublikasına 1.6 milyard dollar dəyərində pilotsuz təyyarələr, havadan müdafiə sistemləri və raket əleyhinə müdafiə sistemlərinin satılması haqda müqavilə imzalanıb.
Washington Post öz məqaləsində sionist rejimin öz hərbi texnologiyasını İranla həmsərhəd ölkəyə gətirməklə, bu ölkəyə qarşı provokasiya ilə məşğul olduğunu qeyd etmişdir.
Məqalədə İsrailin satdığı silah və hərbi sursatdan mümkün müharibədə Ermənistana qarşı istifadə olunacağı barədə heç bir məlumat verilmir. Lakin sionist rejimin hərbi dairələrinə istinad olaraq bildirirlər ki, bu cür silah müqavilələri İranı təlaşa salacaqsa, bu Təl-Əviv üçün göydən düşmə bir şansdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası sionist İsrail rejimi ilə əlaqələrini gizli saxlamağa çalışsa da , əksinə sionist rejim bu əlaqələri hər yerdə car çəkmək istəyir. Çünki beləliklə özünün guya təcriddən çıxdığını göstərməyə çalışır.