Главная » 2014»Май»14 » Azəri Talış İctimai Birliyin qeydiyyatla bağlı kassasiya şikayəti də təmin edilməmişdir
00:45
Azəri Talış İctimai Birliyin qeydiyyatla bağlı kassasiya şikayəti də təmin edilməmişdir
Bu gün (13 may 2014-cü il) Azəri Talış İctimai Birliyinin (ATIB) təsisçiləri və təəssübkeşlərinin yaddaşlarına çox pis notlarla həkk olundu... Belə ki, saat 11:00-da ölkəmizin son məhkəmə instansiyası - Azərbaycan Respublika Ali Məhkəməsi heç bir fundamental və əsaslı səbəb göstərmədən ATİB-ni Dövlət qeydiyyatına almaması ilə bağlı Ədliyyə Nazirliyinin qeyri-qanuni hərəkətləri barəsində təsisçilər Mehdibəy Səfərov və Eldəniz Quliyevin verdikləri kassasiya şikayəti təmin etməmışdır!..
Ən maraqlısı və təəccüblüsü isə ATİB-nin Dövlət qeydiyyatına alınmamasının əsas səbəbini ƏN-nin məsul işçiləri qeyri-rəsmi olaraq, Birliyin adında "Talış" kəlməsinin olmasının göstərmələri olmuşdur.
Bir daha bəlli oldu ki, Azərbaycan Respublikasında azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu, eləcə də bu hüquqların əsas tərkib hissəsi olan insanların milli-özünüifadə kimi fundamental hüquq və azadlıqlarının qorunması müstəvisində vəziyyət heç də ürəkaçan deyildir!
Ölkəmizdə İnsan hüquq və haqlarının qorunmasına cavabdehlik daşıyan dövlət institutların ədalətsiz fəaliyyəti ATİB-ni ümidsizlik girdabında boğmaqdadır!..
Təəssüf ki, ATİB-nin Dövlət qeydiyyatı ilə bağlı pozulmuş hüquqlarının bərpa olunması üçün yaxın vaxtlarda Avropa Məhkəməsinə müraciət etməkdən başqa yolu qalmamışdır.