Главная » 2011»Июль»2 » Böyuk Britaniya səfiri Talış reqionun KİV nümayəndələrilə görüşüb
10:54
Böyuk Britaniya səfiri Talış reqionun KİV nümayəndələrilə görüşüb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fövqəladə və səlahiyyətli səfiri xanım Karolin Braun Talışa səfəri çərçivəsində reqionun KİV-nin nümayəndələrilə görüşüb.
Görüşdə Talışın həm çap, həm də elektron KİV-ni təmsil edən, habelə reqionun müxtəlif şəhər və rayonlarında akreditə olunmuş informasiya resursların nümayəndələri iştirak etmişlər. Böyük Britaniya səfiri reqion KİV-nin ümumi vəziyyəti, onların maliyyə problemləri, fəaliyyətlərinin təminatları və şəraitilə maraqlanmışdır.
Xanım K.Braun ilə görüşdə jurnalistlərin problemlərilə bağlı bir sıra məsələlərə, o cümlədən jurlalistlərin hüquqlarının təminatı, informasiya əldə etmə problemləri, habelə jurnalist fəaliyyətinə qarşı çinovniklərin süni maneə yaratmaları kimi məsələlərə toxunulmuşdur.
Söhbət zamanı etno-jurnalistika, xüsusən talış dilli KİV-nin problemləri də müzakirə edilmişdir. Səfir K.Braun görüşdə fəallıq nümayiş etdirdiklərinə görə mətbuat nümayəndələrinə təşəkkürünü bildirmiş, onların bir sıra problemlərin həllinə yardımçı olacağına vəd vermişdir.
S.Şindani, Z.İbrahimi, E. Şərifov, (Таlish.org/ТалышИнфо)