Главная » 2013»Сентябрь»24 » Eldəniz Quliyev Ələkrəm Hümmətovun Ermənistan səfərinə münasibət bildirib
19:18
Eldəniz Quliyev Ələkrəm Hümmətovun Ermənistan səfərinə münasibət bildirib
"Ələkrəm Hümmətovun Ermənistana və Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı informasiyaların səhih olması haqqında məndə məlumat yoxdur. Hər hansı bir mətbu orqanın bu cür informasiya yazması məsələnin səhih olduğunu xəbər vermir”.
Modern.az saytına açıqlamasında "Azəri-Talış Birliyi”nin həmsədri, Milli Şura üzvü Eldəniz Quliyev Ələkrəm Hümmətovun Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, bəzən xəbər saytlarında dəqiq olmayan məlumatlar yer alır. "Hesab edirəm ki, Ələkrəm Hümmətov Xocalı soyqırımını törətmiş, vəhşiliklər törətmiş ermənilərin dəvəti ilə Ermənistana getməz. Mən buna inanmıram”-deyə E. Quliyev qeyd edib. E. Quliyev deyib ki, Ermənistana belə bir səfər edən şəxsin addımı öz vətəninə, xalqına qarşı xəyanət kimi dəyərləndirilməlidir. "Ancaq düşünürəm ki, Ə. Hümmətov bu addımı atmaz”-deyə E.Quliyev vurğulayıb.
Qeyd edək ki, Ələkrəm Hümmətov Ermənistana səfər edib. Bu barədə erməni KİV-ləri məlumat yayıb. Ə.Hümmətov Ermənistan Dövlət Universitetinin iranşünaslıq kafedrasında "talışşünaslıq” proqramının açılışında iştirak edəcək. Tədbirin bu gün baş tutacağı qeyd olunub.