Главная » 2012»Июль»4 » Hilal Məmmədova qarşı qondarma ittihamlar barədə Azərbaycan rəsmiləri məlumat yayıb
18:26
Hilal Məmmədova qarşı qondarma ittihamlar barədə Azərbaycan rəsmiləri məlumat yayıb
21 iyun 2012-ci ildə saxta narkotik ittihamı ilə həbs olunan hüquq müdafiçəsi, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı iyulun 3-də yeni qondarma ittihamlar elan olunub.
Hüquq müdafiəçisi indi həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanətə) və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması etnik ayrı-seçkilik) maddələri ilə ittiham olunur.
Saxta narkotik ittihamı ilə hüquq müdafiəçisini şərləyib həbs etmək inandırıcı olmadığından Azərbaycandakı rejim növbəti saxta ittihamlara əl qoymuşdur. Bu gün bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun saytında məlumat gedib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin məlumatı kimi verilən, hər bir sözü şər və böhtandan ibarət olan xəbərdə deyilir ki, güya Hilal Məmmədov "uzun illər ərzində jurnalist peşəsinin və mədəniyyət mərkəzinin rəhbəri vəzifəsinin imkanlarından yararlanmışdır".
Məlumat üçün deyək ki, Hilal Məmmədovun Respublika Talış Mədəniyyət Mərkəzi və onun rəsmi orqanı olan "Tolışi Sədo" qəzeti ilə əməkdaşlığı yalnız mərhum professor Novruzəli Məmmədovun həbsxanada 17 avqust 2009-cu ildə vəhşicəsinə qətlə yetiriləndən sonrakı, yəni onun "Tolışi Sədo" qəzetinin redaktoru oldüğü dövrə təsadüf edir. Hər bir şəxsin çox asanlıqla dəqiqləşdirə biləcəyi belə bir faktı məqsədli şəkildə qəsdən başqa formada teqdim edilməsi Hilal Məmmədova qarşı rəsmi orqanların irəli sürdüyü ittihamların qərəzli, uydurma, xüsusi məqsəd və niyyətlə edildiyini aydın şəkildə ortaya qoyur.