Главная » 2013»Май»31 » Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi İran səfirinə müraciət edib (tam mətn)
00:21
Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi İran səfirinə müraciət edib (tam mətn)
"Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsi İranın Azərbaycandakı səfiri Möhsün Pakayinə müraciət edib. Müraciətdə deyilir:
"Cənab səfir!
Yazıb Sizə bildirmək istəyirik ki, hal-hazırda "Tolişi sədo” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi, tanınmış alim, talış dilinin, mədəniyyətinin, folklorunun tədqiqatçısı Hilal Məmmədovun məhkəmə prosesi davam edir. Hilal Məmmədova qarşı irəli sürülən ittihamlardan biri də külli miqdarda narkotik maddənin əldə olunması və saxlanmasıdır. Son məhkəmə prosesində səslənən ittiham aktından məlum oldu ki, Hilal Məmmədovu külli miqdarda narkotik maddə ilə İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "ETTELAT” və onunla "sıx əməkdaşlıq” edən Əli Əbdoli, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı Hüseyn Əhmədi təmin etmişlər("qeyri-qanuni yolla ötürmüşlər”).
Biz Hilal Məmmədovun Hüquqlarını Müdafiə Komitəsi olaraq və Azərbaycan cəmiyyətinin tam əksəriyyəti, onu ölkəsini və Azərbaycan xalqını sevən, daim Azərbaycanın çiçəklənməsi və demokratik inkişafı uğrunda çalışan, radikal, separatçı meyllərdən, narkotikdən uzaq bir şəxsiyyət kimi tanıyır.
Yuxarıdakıları nəzərə alaraq Hilal Məmmədova qarşı irəli sürülən ittihamlarda İran İslam Respublikasının dövlət orqanlarının və bu orqanlarla bağlı yüksək rütbəli şəxslərin adlarının hallanmasına mümkün qədər qısa zamanda münasibət bildirməyinizi xahiş edirik".