Главная » 2012»Октябрь»16 » Hilal Məmmədovun işi ATƏT sədrinin şəxsi nümayəndəsi ilə müzakirə edilib
18:58
Hilal Məmmədovun işi ATƏT sədrinin şəxsi nümayəndəsi ilə müzakirə edilib
Oktyabrın 13-də Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva ATƏT sədrinin irqçiliyə, ksenofobiyaya və diskriminasiyaya qarşı şəxsi nümayəndəsi hakim Ketrin Mak Ginneslə göruşüb. Bu barədə gozetci.az portalına A.Abdullayeva məlumat verib. Onun dediyinə görə, görüş zamanı əsasən həbsdə olan hüquq müdafiəçisi, "Tolışı sado” qəzetinin baş redaktoru Hilal Məmmədovun qanunsuz və müəmmalı həbsi barəsində söhbət olub.
Hüquq müdafiəçisinin dediyinə görə, görüşdə Hilal Məmmədovun astma xəstəsi olmasını və buna görə onun həbsdə saxlanılmasının qorxulu amil olduğunu bildirib.A.Abdullayeva dedi ki, Ketrin Mak Ginnes ölkədəki dini və etnik münasibətləri, cəmiyyətin tolerantlıqla bağlı vəziyyəti, Ramil Səfərovun azadlığa buraxılması və ondan qəhrəman yaradılmasının səbəbləri ilə də maraqlanıb. A.Abdullayeva qeyd etdi ki, görüşdə Azərbaycanda demokratiya mədəniyyəti məsələsi də müzakirə olunub.