Главная » 2012»Сентябрь»28 » Hilal Məmmədovun istintaqı ilə bağlı Əliyev rejimi talış ziyalıları təqib edir
16:21
Hilal Məmmədovun istintaqı ilə bağlı Əliyev rejimi talış ziyalıları təqib edir
Azərbaycan hakimiyyətinin ən yüksək eşalonundan tapşırıq alan Azərbaycan Respublikası Baş Prokurorluğun istintaq qrupu Hilal Məmmədovun əleyhinə saxta subut toplamaq axtarişına çıxaraq, iki aydan çoxdur ki, Taliş regionunda adamların təqibi, onlara həqəd-qorxu gəlib şantaj etməklə məşğuldur.
Hilal Məmmədovla hər hansı formada tanışlığı olan (qonşularından tutmuş taksi sürücülərinə qədər) insanlar heç bir çağırış vərəqəsi təqdim edilmədən Lənkəran rayon prokurorluğuna çağırılır. Bu işlər Lənkəran rayon prokurorunun muavini Taleh Osmanov tərəfindən kordinasiya edilir. Vətəndaşlar qorxudulur, onlardan Hilal Məmmədovun əleyhinə ifadələr almağa səy göstərilir və çağırılanların hamısına bu barədə danışmamaq xəbərdarlığı edilir.
Əksəyiyyət qorxudan bu barədə danışmamağa üstünlük verir. Lakin müəyyən qədər ictimaiyyət tərəfindən tanınanlar öz etirazlarını mətbuata bildiriblər. Anar Sadıqov, Əli Rizayev, Sərxan Əsgərov kimi ziyalılar artiq belə çağırışda olublar. Mətləb Dadaşov, Allahverdi Bayrami isə rəsmi çağırış vəsiqəsi tələb edərək belə qanunsuz çağırışlara KİV-də etirazını bildiriblər (TALISH.ORG artıq bu barədə bir neçə dəfə məlumat yayıb: http://www.talish.org/news/allahverdi_bayrami_l_nk_ran_rayon_prokurorluguna_cagirilib/2012-09-25-1315 http://www.talish.org/news/m_tl_b_dadasov_l_nk_ran_prokurorluguna_cagirilib/2012-08-24-1256).