Главная » 2012»Сентябрь»1 » Hilal Məmmədovun qanunsus həbsilə bağlı Berlində etiraz aksiyası keçiriləcək
23:44
Hilal Məmmədovun qanunsus həbsilə bağlı Berlində etiraz aksiyası keçiriləcək
Almaniyada fəaliyyət göstərən Azərbaycanda Demokratiya Naminə Birlik təşkilatı Amnesty İnternational təşkilatın yerli strukturu ilə birgə 05 sentyabr 2012-ci il tarixdə saat 10-dan 11-ə kimi Berlində AR sefirliyi binası qarçısında etiraz aksiyası keçirtməyi planlaşdırıb.
Aksiyaya hazırlıqla bağlı təşkilati işlər başa çatdırılmışdır. Aksiyada "Hilal Məmmədov dərhal azadlığa buraxılsın", "Azərbaycanda siyasi və vicdan məhbuslarına azadlıq", "Demokratiya həm də Azərbaycan üçün" və s. şuarlar səsləndiriləcək. Aksiyaya Avropada yayaşayan Azərbaycan diasporunun nümayəndələri dəvətlidir.
Sözü gedən aksiya barədə təşkilatçılar tərəfindən Facebook sosial şəbəkəsində də xususi çağırış səhifəsi yer almışdır.