Главная » 2012»Июль»3 » Hilal Məmmədovun qondarma ittihamlarla həbs edilməsinə etiraz olaraq Moskvada aksiya keçirilmişdir (yenilənib)
23:55
Hilal Məmmədovun qondarma ittihamlarla həbs edilməsinə etiraz olaraq Moskvada aksiya keçirilmişdir (yenilənib)
Bu gün Moskva şəhərində Azərbaycan Respublikasının Səfirliyi qarşısında hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədovun qondarma ittihamlarla həbs edilməsinə etiraz əlaməti olaraq aksiya keçirilmişdir.
Aksiya Rusiyada fəaliyyət göstərən "Гражданское содействие" hüquqmüdafə təşkilatı tərəfindən təşkil edilmişdir.
Aksiyada Rusiyanın tanınmış hüquq müdafiəçiləri, Moskvada yaşayan talış diasporunun və Azərbaycanın digər xalqlarının nümayəndələri iştirak etmişdir.
Aksiya iştirakçıları "Hilal Məmmədov dərhal azadlığa buraxılsın!”, "Hilal Məmmədova azadlıq!”, "Novruzəli, Hilal, növbəti kim olacaq?!”, "Hilal Məmmədova - bizim "Гражданское содействие"!”, "İşgəncələrə son qoyulmasını tələb edirik!”, "Talış mədəniyyətini qorumaq cinayət deyil!” və digər şuarlar səsləndirmişlər.
Aksiyanı Rusiya jurnalistləri müşahidə etmiş və aksiya iştirtakçılarından müsahibələr götürmüşlər. Aksiyanın sonunda Azərbaycan Respublikasının səfirliyinə aksiya iştirakçılarının tələbləri yazılı şəkildə təqdim edilmişdir.
Aksiyadan hazırlanan geniş foto və video reportajları oxucularımıza təqdim edirik.