Главная » 2012»Февраль»12 » İran Azərbaycana nota verdi: “Terrorçular İsrailə Azərbaycandan qaçıblar”
23:18
İran Azərbaycana nota verdi: “Terrorçular İsrailə Azərbaycandan qaçıblar”
İranın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundovu idarəyə çağıraraq ona etiraz notası təqdim edib. TALISH.ORG İranın Press TV kanalına istinadən bildirir ki, rəsmi Tehran Bakının İranın nüvə alimlərini qətlə yetirənləri Mossada təhvil vermək üçün sığınacaq verməsinə etirazını bildirir.
Bu gün baş tutan görüşdə İran XİN-in MDB və Qafqaz işləri üzrə dəftərxanasının baş direktoru Mossadın Azərbaycanda İrana qarşı məhdudiyyətsiz kəşfiyyat fəaliyyəti ilə məşğul olmasına kəskin etirazını bildirib.
Nazirlik Cavanşir Axundovdan tələb edib ki, Azərbaycan hökuməti Mossadın Azərbaycan ərazisindən İrana qarşı əməliyyatlara istifadəsinə son versin. Notada qeyd olunur ki, İranın nüvə alimlərinin qətli ilə əlaqəli terrorçular İsrailə Azərbaycandan keçərək qaçıblar.
Xatırladaq ki, İran İsraili Mustafa Əhmədi Rövşən kimi nüvə alimlərinin qətlində ittiham edir. Bu hadisə cari ilin yanvarında bomba partlayışı zamanı baş vermişdi.
İran XİN həmçinin Azərbaycanın dövlət televiziyasının "Xəbərlər” proqramında antiİran kampaniyasını tənqid edib və Azərbaycanın gömrük orqanlarının vəzifəli şəxslərinin İranın yük maşınlarının sürücülərinə qarşı hərəkətlərini "alçaldıcı” hesab edib.
Press TV bildirir ki, Azərbaycanın səfiri baş verən hadisələrə görə təəsüssüfünü bildirib və qeyd edib ki, Tehranın etirazları qısa müddət ərzində Bakıya çatdırılacaq və İran XİN-inə cavab veriləcək.
Press TV bu xəbərdə eyni zamanda Londonun "The Times” qəzetinə istinad edir. Qəzet yazır ki, İsrail Azərbaycanı Tehran hökumətinə qarşı casusluq fəaliyyəti üçün baza kimi istifadə edir. Qəzet Mossadın Şimon adlı anonim agentinin ifadəsinə əsaslanır. "Bura kəşfiyyat işi üçün əsas məkandır. Bizim buradakı mövcudluğumuz səssizdir, amma əhəmiyyətlidir. Biz ötən il burada mövcudluğumuzu artırmışıq və bu bizi İrana daha yaxın edir. Bu, kəşfiyyat üçün gözəl imkanlara malik ölkədir”, - deyə agent qeyd edib.
Şimonun sözlərinə görə, sərhəddən müntəzəm və azad şəkildə keçən insanlardan böyük həcmdə informasiya əldə etmək mümkündür.
Press TV bildirir ki, "The Times” yazır ki, İsrail Azərbaycan və İran arasında münasibətlərin pisləşməsi istiqamətində addımlar ata bilər.
Azərbaycanın məsələyə rəsmi mövqeyini sabah əldə etməyə çalışacağıq...