Главная » 2013»Апрель»9 » İran parlamentində Azərbaycan ərazilərinin İrana birləşdirilməsini nəzərdə tutan qanun hazırlanır
21:27
İran parlamentində Azərbaycan ərazilərinin İrana birləşdirilməsini nəzərdə tutan qanun hazırlanır
İran parlamentinin üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılması təklifi ilə çıxış ediblər.
APA-nın yaydığı məlumata görə İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər.
Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən parlamentin Azərbaycan dilli deputatlarının qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib: "Rusiya ilə 1828-ci ildə imzalanan müqavilənin müddətinin bitdiyini nəzərə alaraq İranın şimal regionlardan olan deputatların forumu qərara alıb ki, bu sənədə yenidən baxılsın. Biz çalışarıq ki, bütün imkanlardan istifadə edərək, öz hüquqlarımızı bərpa edək”.