Главная » 2013»Январь»24 » İsmayıllıdakı son hadisələrlə bağlı Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyi bəyanat yayıb
23:23
İsmayıllıdakı son hadisələrlə bağlı Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyi bəyanat yayıb
Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyi İsmayıllı rayonunda baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Təşkilatın sədri Elnur Məlikovun imzaladığı sənəddə deyilir:
23 yanvar 2013-cü il tarixdə, gecə saatlarında İsmayıllı rayonunda baş vermiş hadisə, xalqın dinc üsyanı kimi qiymətləndirilir. Bunun yeganə səbəbi, İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı Nizami Ələkbərovun özbaşnalığıdır.
Nizami Ələkbərov uzun illərdir rayonu talan edir, xalqın hüquqlarını pozur, onlara qaşrı düşmən münasibət göstərir və onları hər gün alçaldır. Yanvarın 23-də isə xalqın səbr kəsası doldu və etirazını, məruz qaldığı represiyalara rəğmən çox da sərt olmayan bir tərzdə bildirdi. İsmayıllı rayonunun əhalisi digər regionların əhalisi ilə müqayisədə son dərəcə təmkinli, səbrli, dözümlü, tolerant, dinc xalqdır. Ancaq Nizami Ələkbərovun rayonu talan edib bunun qarşılığında rayonda qestapo rejimi qurması və xalqa həqarət etməsi elə bir həddə gəlib çatdı ki, İsmayıllı camaatı ayağa qalxdı.
Hələ ötən ilin əvvəllərində Nizami Ələkbərova ünvanladığım məktubda rayon əhalisinin etnik zənginliyindən bəhs edib, xalqa qarşı qayğıkeş Başçı olmağı tövsiyyə etmişdim, ancaq üstündən bir neçə ay keçdikdən sonra məlum oldu ki, rayonun İvanovkada yaşayan əhalisi icra başçısının özbaşnalıqlarından bezib şikayət etmək üçün Prezident Administrasiyasının qarşısında toplaşıb, lakin buna baxmayaraq əfsuslar olsun ki, Respublika rəhbərliyi Nizami Ələkbərovun rayonda əhaliyə qarşı divan tutmasının qarşısını almadı. Baş verən hadislərdə günahsız insanların həbs olunması, rayon İcra hakimiyyəti Başçısı Nizami Ələkbərovun cəzalandırılmaması, xalqın haqlı etirazlarını isə zorakılıqla, ordu ilə susdurulması rayonda mürəkkəb etnik münaqişəyə də gətirə bilər. Etnik zənginliyi ilə seçilən rayon əhalisi üçün Nizami Ələkbərobv yadelli bir işğalçı kimi qəbul edildiyi müşahidə olunur. Bunları nəzərə alaraq Respublika hakimiyyətini günahsız insanları həbs etməməyə, Nizami Ələkbərovu tutduğu vəzifəsindən azad edib haqqında isə təxirəsalınmaz tədbirlər görməyə çağırıram və ictimaiyyəti də bu çağırışa dəstək verməyə dəvət edirəm.