Главная » 2012»Июль»14 » Iran Talış Mədəniyyət İnstitutu Hilal Məmmədovun qondarma ittihamlarla həbsini pisləyir
18:49
Iran Talış Mədəniyyət İnstitutu Hilal Məmmədovun qondarma ittihamlarla həbsini pisləyir
Iran Talış Mədəniyyət İnstitutu Hilal Məmmədovun qondarma ittihamlarla həbsi barədə bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikası höküməti ölkənin köklü xalqlarını bütün demokratik hüqulardan məhrum etmişdir. Nəticədə həmin xalqların nümayəndələri ya vətənlərini tərk etməyə və ya da susmağa, heç bir fəaliyyət göstərməməyə məcbur olurlar.
Bir neçə il öncə dilçi alim, "Toloşi sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovu əsasız ittihamlarla həbs edərək qətlə yetirdilər. İndi də fizika alimi, insan hüquqları müdafiəçisi və "Toloşi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovu oxşar və eyni zamanda tamamilə yalan ittihamlarla həbs ediblər və onu da N. Məmmədovun taleyinə məruz qoymaq niyyətindədirlər.
Bəyanatın sonunda Talış Mədəniyyət İnstitutunun əsas heyəti və üzvləri Azərbaycan Respublikasının polisinin talış ziyalılarına qarşı məlum adımlarını məhkum və görkəmli yazışı və talışşünas alim Əli Əbdüliyə qarşı irəli sürülən ittahamları qətiyyətlə rədd edərək tezliklə və eyni zamanda qeyd-şərtsiz Hilal Məmmədovun azad edilməsini tələb edir.