Главная » 2012»Июнь»26 » Klassik Xalq Cəbhəsi Partiyası Hilal Məmmədovun müdafiəsilə bağlı bəyanat yaydı
23:50
Klassik Xalq Cəbhəsi Partiyası Hilal Məmmədovun müdafiəsilə bağlı bəyanat yaydı
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ictimai xadim və hüquq müdafiəçisi, "Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun həbsi ilə bağlı etiraz bəyanatı verib.
TALISH.ORG-a daxil olan bəyənatda deyilir: "Daxili İşlər Nazirliyi siyasi sifarişlə "Tolışi Sədo” ("Talışın səsi”) qəzetinin baş redaktoru Hilal Məmmədov iyunun 21-də saxta ittihamla həbs edilib. Bu həbsin siyasi sifariş olduğu hər kəsə bəllidir. Çünki Hilal Məmmədov fəaliiyəti boyu insan hüquqlarının müdafiəçilərindən olub, alimdir, ziyalıdır.
KXCP hakimiyyətin XXI əsrdə də insanları şərləmək metodunun ötən əsrin 30-cu illərində Stalin repressiyalarını xatırlatdığını və həmin repressiyaların təkrarı hesab edir. Sivil və demokratik cəmiyyətlər, dövlətlər bu tipli qeyri qanuni hərəkətlərdən çoxdan imtina edib. Bir daha partiya olaraq, hakimiyyəti qeyri-qanuni əməllərdən çəkinməyə çağırır və siyasi hakimiyyətdən bu tipli həbsləri durdurmağı tələb edirik. Ölkənin tanınmış ziyalısının belə saxta ittahamlarla həbs edilməsini qətiyyətlə pisləyirik.
KXCP olaraq Hilal Məmmədovun həbs olunmasını onun fəal siyasi-ictimai fəaliyyəti ilə bağlı olduğunu bəyan edir və Hilal Məmmədovun təcili azad edilməsini tələb edirik”.