Главная » 2011»Июнь»29 » Kürd əsilli bir qrup gənc prezident İlham Əliyevə müraciət ediblər
18:22
Kürd əsilli bir qrup gənc prezident İlham Əliyevə müraciət ediblər
Azərbaycan vətəndaşı olan bir qrup kürd əsilli gənc dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
"Turan”ın məlumatına görə, müraciət müəllifləri kürdlərin Azərbaycanda bir xalq kimi məhv olmaq təhlükəsilə üz-üzə qaldığını iddia edirlər. Onlar Azərbaycanda digər xalqların uşaq bağçaları, məktəb, teatr, folklor qrupları olduğunu, mədəniyyətlərinin telekanallarda təbliğ edildiyini, kürdlərinsə bundan məhrum olduqlarını bildirirlər.
Bununla yanaşı, digər xalqlardan deputatlar olduğu halda kürdlərin sözünü deyəcək deputat olmaması hakimiyyətə irad tutulur və bu, "kürd xalqına ögey münasibət” kimi dəyərləndirilir. Azərbaycanda kürd xalqına qarşı mənfi münasibət formalaşdığını iddia edən müəlliflər bunu aradan qaldırmaq üçün teletəbliğata ehtiyac olduğunu qeyd edirlər.
"Azərbaycanda yaşayan kürd əhalisində belə fikir formalaşıb ki, kürd olmağımızı söyləsək, pis münasibətlə qarşılaşıb, təzyiqlərə məruz qalarıq”, - deyə müəlliflər iddialarını davam etdirilər. Çox az kürdlərin ana dilini bildiklərini qeyd edən müəlliflər kürd xalqına qarşı formalaşan mənfi fikrə görə övladlarına ana dilini öyrətmədiklərini bildirirlər. "Digər xalqlar kimi ana dilimizdə məktəblərimiz, normal mədəniyyət mərkəzimiz olsa, kürd xalqı xalq kimi məhv olmaq təhlükəsindən qurtarar”, - deyə müəlliflər bildirir. Əks halda, Azərbaycanda yaşayan kürd xalqı ana dilini, mədəniyyətini unudaraq məhvə məhkum edilmiş xalq sırasındadır, deyə müraciət müəllifləri qeyd edirlər.
Действительно, курды Азербайджана, сегодня совершенно не слышны и не видны. Создалось впечатление, будто курды после прихода Г.Алиева к власти добровольно отказались от своей национальной идентификации и подписали смертный приговор своему народу. Однако в 1992 году еще существовала Курдская Партия Равенства, которая с 1993 г. тоже неожиданно исчезла с политического горизонта страны.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]