Главная » 2013»Октябрь»3 » Mehdibəy Səfərov Talış xalqını, Fərəc Quliyev isə ölkə yaltaqlarını təmsil edir
22:49
Mehdibəy Səfərov Talış xalqını, Fərəc Quliyev isə ölkə yaltaqlarını təmsil edir
Fərəc Quliyev bu gün İctimai televiziyada prezidentliyə namizədlərin debatında Milli Şurada təmsil olunan Mehdibəy Səfərovu separatçılıqda ittiham edib.
Mən, bir talış gənci olaraq Fərəc Quliyevə sual verirəm: ay Fərəc Quliyev, sən Mehdibəy Səfərovun separatçı addımlarını nə vaxt görmüsən? Yoxsa düşünürsən ki, öz xalqının mədəni inkişafı üçün çalışmaq separatçılıqdır? Belə düşünürsənsə, sizə yox, o deputatlıq kreslosunu sənə peşkəş edənlərə yazıqlar olsun.
Əlbətdə ki, Fərəc Quliyev kimi insanlar millətin yox, iqtidarın vəkili kimi çıxış edirlər. Bu cür yaltaq insanlar vəziyyəti gərginləşdirmək üçün muxtəlif yanlış fikirlər səsləndirirlər. Fərəc Quliyevin bu əsassız iddiası bütün talışlar kimi məni də qəzəbləndirdi. Mən bir talış gənci kimi soruşuram: Mehdibəy Səfərov bu gün Azərbaycanda talış xalqını layiqli şəkildə təmsil edir, bəs sən kimi təmsil edirsən ay Fərəc Quliyev?