Главная » 2012»Май»29 » Milli Məclis Avropa Parlamentini “erməninin əlaltısı” adlandırıb və Avropaya neft-qaz nəqlini dayandıracağı ilə hədələyib
19:37
Milli Məclis Avropa Parlamentini “erməninin əlaltısı” adlandırıb və Avropaya neft-qaz nəqlini dayandıracağı ilə hədələyib
Milli Məclisin bugünkü plenar iclasında spiker Oqtay Əsədov öz çıxışında Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair tənqidi qətnamə qəbul etmiş Avropa Parlamentinin mövqeyindən narazılığını bildirib.
"Ölkədə "Eurovision-2102” mahnı müsabiqəsinin keçirildiyi vaxtda vəziyyəti dərindən öyrənmədən Avropa Parlamentinin azsaylı deputatlarının səsi ilə belə sənədin qəbulu Azərbaycanın imicinə və bu institutun neytrallığına zərbədir”, - o vurğulayıb.
Ölkə rəhbərliyi bayram atmosferinin yaradılması üçün bütün səylərini göstərib, buna cavab olaraq "erməni lobbisinin əlaltıları” qərb KİV-də qərəzli və uydurma yazıların dərcini təşkil ediblər.
Spikerin sözlərinə görə, bu cür sənədin qəbulu ilə Avropa Parlamenti "öz qətnaməsinin şəffaflığını və obyektivliyini şübhə altına alır”.
Xatırladaq ki, Avropa Parlamentinin qətnaməsində Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının boğulmasına qarşı etiraz əksini tapıb, azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiqi məqsədəuyğun hesab edilib, demokratik qüvvələr dəstəklənib.
Deputatlar O.Əsədovu dəstəkləyərək "beynəlxalq arenada ölkənin imicinin yaxşılaşdırılmasına əngəl olmaq istəyən antiazərbaycançı qüvvələri” pisləyiblər.
Gülər Əhmədova, Fuad Muradov, Fəzail Ağamalı və digər millət vəkillərinin fikrincə, Avropanın karbohidrogenlərlə təmin olunması barədə razılaşmaya yenidən baxılmasının vaxtı çatıb.
"Yer Kürəsinin digər yerlərində Azərbaycanın dostları çoxdur. Odur ki, Avropa İttifaqının neft və qazla təmin olunmasının diversifikasiyası üzrə siyasətə təcili yenidən baxılmalıdır”, - onlar bildiriblər.
Azərbaycan uzunmüddətli tərəfdaşlıq və əməkdaşlıq üçün hər şeyi edir. Lakin cavabında Avropa Qonşuluq proqramının iştirakçılarından "zərbələr” alır.
"Erməni lobbisinə yaxın qüvvələr bizim dövlətimizin rifahına və çiçəklənməsinə həsəd aparır”, - deputatlar vurğulayıblar.-17V-.