Главная » 2011»Июнь»9 » Minskdə keçirilən İran mədəniyyəti festivalında talış mədəniyyəti və tarixi nümünələri nümayiş etdirilib
20:15
Minskdə keçirilən İran mədəniyyəti festivalında talış mədəniyyəti və tarixi nümünələri nümayiş etdirilib
Belorus Respublikasının paytaxtı Minsk şəhərində İran incəsənəti və tarixi Festivalın açılışı olmuşdur.
Festivalda həmçinin talış mədəniyyəti və tarixilə bağlı stend nümayişə çıxarılıb və bu tip festivallarda ilk dəfə olaraq Talış diasporasının nümayəndələri iştirak etmışlər.
Beynəlxalq Talış Mədəniyyəti Dirçəlişi Fondu (МФВТК) tərəfindən təşkil edilən stenddə talış mədəniyyətinin qədim nümünələri: xalçalar, beşik, milli geyimlər, talış ornamentləri nümayiş etdirilib.
Bundan əlavə talış xalqının tarixi və mədəniyyətilə daha yaxından tanışlıq məqsədilə fars və rus dillərində kitablar Festival iştirakçılarına təqdim edilib. Həmçinin talış dilində kitablar və talış sənətkarlarının musiqi almanaxları nümayiş etdirilib.
Stenddə talış qadim müsiqi alətləri də yer almış və onların canlı ifadə səsləndirmək şərəfi Armin Fəridin başçılıq etdiyi məşhur talış ansamblı "Kadus"a nəsib olmuşdur.