Главная » 2012»Май»22 » Moskva və Tehran Xəzər dənizinin dibinin bölünməsi prinsipini düzgün hesab etmir
19:32
Moskva və Tehran Xəzər dənizinin dibinin bölünməsi prinsipini düzgün hesab etmir
"Xəzər
dənizinin dibindən qaz kəmərinin çəkilməsi bu dənizin hüquqi statusuna
ziddir. Belə addımlar Xəzər dənizi hövzəsindəki ölkələr arasında
əməkdaşlıq atmosferinə dağıdıcı təsir göstərəcək”.
Modern .az bildirir ki, bu barədə Rusiya Federasiyasının Xəzər dənizinin
statusu ilə bağlı danışıq aparmaq üçün ayrılmış rəsmi nümayəndə
heyətinin rəhbəri İqor Bratçikov İranda bəyan edib.
O, İranın Xəzər məsələləri üzrə nümayəndə heyətinin rəhbəri Mehdi Axundzadə ilə keçirilən görüş zamanı bu bəyanatla çıxış edib.
Görüş zamanı tərəflər Xəzər regionunda gedən prosesləri müzakirə
ediblər. İran və Rusiya dənizlə bağlı status məsələsinin tezliklə həll
olunmasını qeyd ediblər.
Hər iki tərəf Xəzərətrafı ölkələrin imza atdıqları sazişlərin ləng
reallaşdırılmasından şikayətləniblər. Bundan başqa İran və Rusiya
Xəzərin huquqi statusunu müəyyənləşdirəcək Konvensiya ilə bağlı
danışıqlar prosesinin ləngiməsindən narazılıq ifadə ediblər.
Rusiya Xəzərə üçüncü dövlətlərin müdaxiləsindən narahatlığını bildirib
və qeyd edib ki, belə hallar qəbuledilməzdir.Bratçikovun sözlərinə görə,
bir sıra dövlətlərin Xəzərin dibi ilə kəmər çəkmək cəhdləri dənizin
huquqi rejiminə birbaşa müdaxilədir.
Rusiya və İran hər iki dövlət arasında 1921 və 1940-cı illərdə
imzalanmış sazişləri xatırladaraq bildiriblər ki, "bu sənədlərin heç
birində Xəzər dənizinin sərhədlərə bölünməsi ilə bağlı heç bir göstəriş
yoxdur”. "Rusiya da bu sənədi dəstəkləyir”-deyə Bradçikov vurğulayıb.