Главная »
2012 » Июнь » 8 » Ölkəni şayiələr bürüyür, panikadır, əhali təşviş keçirdir, hökumət isə... susur
19:35 Ölkəni şayiələr bürüyür, panikadır, əhali təşviş keçirdir, hökumət isə... susur |
İyunun 7-dən 8-nə keçən gecə dəhşətli gecə idi. Bir tərəfdən səmada görünən naməlum uçan obyekt insanları çaşdırıb, o biri tərəfdən Füzuli istiqamətində hərbi əməliyyatların başlaması barədə şayiələr əhali içində panika, qorxu, həyəcan, təşviş yaradıb. Əhali məlumat axtarır. Hökumət məlumat vermir. Məlumat vermədiyi üçün daha çox şayiə yayılır. Başqa ölkələrdə hökumət panikanı yatırtmağa, əhalini sakitləşdirməyə çalışır. Başqa ölkələrdə hökumət cəbhə xəttindəki vəziyyət, müharibə kimi ciddi məsələ ətrafında şayiələri aradan qaldırmaq üçün radio və televiziyadan istifadə edərək öz vətəndaşlarına izahat verir, xalqı dürüst məlumatla təmin edir. Bütün bunlar başqa ölkələrdə hökumətin vəzifəsidir. Azərbaycanda isə yox...
Azərbaycanda iyunun 7-dən 8-nə keçən gecə Əliyev hökuməti şüurlu və ya şüursuz olaraq qeyri-müəyyənlik içində çırpınan əhalini meydanda tək qoydu... Mirzə Xəzər, 08.06.2012, http://mirzexezerinsesi.net
|
Категория: Azərbaycan |
Просмотров: 1577 |
Добавил: admin
| Рейтинг: 5.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[
Регистрация |
Вход ]