Главная » 2012»Август»17 » Professor Novruzəli Məmmədovun Bakı həbsxanasında şəhid olmasından üç il ötür
00:10
Professor Novruzəli Məmmədovun Bakı həbsxanasında şəhid olmasından üç il ötür
17 avqust 2012-ci il. Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbəri, "Tolışi Sədo” qəzetinin baş redaktoru professor Novruzəli Məmmədovun Bakı həbsxanasında şəhid olmasının üç ili tamam olur.
Üç il bundan əvvəl talış xalqı özünün bütün həyatını onun dilinin, mədəniyyətinin və tarixinin öyrənməsinə həsr edən və bu yolda canından keçən şəhid professor Novruzəli Məmmədovla vidalaşdı.
Talış xalqı tək özünün böyük alimini deyil, eyni zamanda Azərbaycan hakimiyyəti və hüquqmühafizə orqanlarının davamlı təziq və təqibləri altında dünyalarını dəyişən Kamran və Emil Məmmədovların simasında Novruzəli Məmmədovun ailəsini itirdi.
Novruzəli Məmmədov özünün şəhid olması ilə minlərlə insanı oyatdı. Biz inanırıq ki, çox keçməz tərəqqipərvər bəşəriyyət Talış xalqının tarixinin bu kədərli səhifəsinə nəzər yetirməklə ona öz qiymətini verəcəkdir.
Professor Novruzəli Məmmədov və onun ailəsinin yaşadıqları keçən əsrin 30-cu illərində tüğyan edən və bütün saglam düşüncəli ziyalıları məhf edən repressiyanın davamıdır. Müasir dövrün totalitar rejimli ölkələrində belə qeyri-insani hallara təsadüf edilsə də, professor Novruzəli Məmmədovun işi özünün qatı zalımlığı və con dərəcə qeyri-insaniliyi ilə fərqlənir. Azərbaycanın hazırkı rejimi öz həyatını bütünlüklə xalqının və ölkəsinin inkişafına həsr edən yaşlı bir alimə qarşı nəinki onun, hətta bütün ailəsinin fiziki məhfinə yönələn insanlığa yaraşmayan əməl törətmişdir.
Əliyev rejimi nəticə çıxartmaq, öz hərəkətlərini ölçüb-biçmək, nə vaxtsa belə hərəkətlərin öz ədalətli, hüquqi qiymətinin əla biləcəyinin labud olduğunu dərk edərək belə hərəkətlərdən çəkinmək əvəzinə bu istiqamətdə fəaliyyətini daha iyrənc metodlarla davam etdirir. Hüquq müdafiəçisi, "Tolışi Sədo" qəzetinin baş redaktoru, riyaziyyatçı alim Hilal Məmmədovun şərlənərək həbs edilməsi, və onun vəhşicəsinə işgəncələrə məruz qalması dediklərimizi bir daha təsdiq edir.
Allah şəhid-rofessor Novruzəli Məmmədova rəhmət etsin!