Главная » 2011»Октябрь»2 » Qulamrza Şəfii: İlham Əliyev region diktatorlarının başlarına gələnlərdən ibrət götürməlidir
22:02
Qulamrza Şəfii: İlham Əliyev region diktatorlarının başlarına gələnlərdən ibrət götürməlidir
Rəşt əyalətinin müvəqqəti imam cüməsi höccətül-islam vəl müslimin Qulamrza Şəfii bu həftəki cümə namazının siyasi-ibadi xütbələrində hicab qadağasına etiraz etdiklərinə görə həbs edilmiş dindarlara 12 il həbs cəzası verilməsinin istənilməsinindən hiddətləndiyini bildirmişdir.
Höccətül-islam vəl müslimin Qulamrza Şəfii Niya insanın öz həmnövünə kömək etməsini İslamın təkid etdiyi məsələlərdən olduğunu qeyd edərək deyib: "Məzlumlara kömək etmək İran müsəlmanlarının hər birinin şəri və qanuni vəzifəsidir".
Azərbaycanda prokuror tərəfinden dindarlara uzunmüddətli həbs cəzasının istənilməsinə münasibətdə Höccətül-islam vəl müslimin bildirib: "İlham Əliyev Rzaxan və Atatürk kimi region diktatorlarının başlarına gələnlərdən ibrət götürməli, camaatın islam istəkləri ilə mübarizə etməməlidir. Azərbaycan camaatı sakit dayanmamalı və islami oyanışın belə yüksək həddə çatdığı bir dövrdə öz ölkələrində İslama qarşı çıxmağa icazə verməməlidirlər".