Главная » 2011»Август»12 » Rəsul Quliyev öz kitabında Talış tarixindən də bəhs edib
23:23
Rəsul Quliyev öz kitabında Talış tarixindən də bəhs edib
Azərbaycan parlamentinin eks-spikeri "QARABAĞ: Müqavimətsizlikdən doğan faciə” adlı kitabında regionumuzda baş verən bir sıra tarixi hadisələrə toxunaraq, onlara şərh verib. Bu sırada Talış tarixilə bağlı da bəzi məqamlar yer almışdır. Oxucularımızın xahişini nəzərə alıb həmin hissəni çap etməklə, həm də sözü gedən mələlələrlə bağlı tarixçilərimizin münasibətini öyrənmək istərdik.
1814-cü ildə İngiltərə İranın neçə illərdir arzusunda olduğu əməkdaşlıq müqaviləsini imzaladı. Müqavilənin şərtlərinə görə, İngiltərə İrana silah-sursat və təlim keçmək üçün hərbi təlimatçılar göndərməli, ruslarla müharibəyə başlayacaqları təqdirdə, hər il 200 min tümən maliyyə dəstəyi verməliydilər. Əvəzində İran hərbi və iqtisadi reformalara başlamalı, ordunun hazırlanması və strukturlarında Britaniya ordusunun elementlərini tətbiq etməliydi. Üstəlik, iki ölkə arasında sərbəst ticarət şəraiti yaradılır, gömrük vergisi müəyyən qanunlar çərçivəsinə salınırdı.
Təəssüflər olsun ki, İran üzərinə götürdüyü öhdəliklərin heç 10 faizini də yerinə yetirmədi. Fətəli şah ətrafındakı proqressiv düşüncəli adamların, o cümlədən oğlu Abbas Mirzənin bütün təkliflərinə əhəmiyyətsiz yanaşdı. Fətəli şahda aktivləşmək dövrü xarakter daşıdığından, o, bir də 1826-cı ildə "ayıldı”.
Son bir neçə ildə Abbas Mirzə ingilislərin köməyi ilə, kiçik də olsa, müasir bir ordu yarada bilmişdi. 1825-ci ildə Rusiyada "Dekabristlər” adlandırılan konstitusion monarxiya yaratmaq istəyən aristokratların baş tutmamış üsyanı I Nikolayın hakimiyyətə gəlməsi ilə nəticələndi.
Rusiya-Osmanlı münasibətlərinin 1826-cı ilin əvvəlində kəskinləşməsi İran şahının "Qafqazı azad etməyin vaxtı çatıb” qərarını verməsinə gətirib çıxardı. Azərbaycanda Rusiyaya qarşı nifrətin güclənməsi, Abbas Mirzəyə hərtərəfli kömək olunacağı vədləri də ürəkaçan idi. Azərbaycanı azad etmək planı müzakirə edilərkən, Abbas Mirzə hücumdan əvvəl Osmanlı imperiyası ilə müqavilə bağlamağın və onların sərhədlərindən qoşunları çıxardıb, ruslarla olan sərhədlərə atmağın vacib amil olduğunu söylədi və müharibəni iyulda yox, sentyabrın axırında başlamağı təklif etdi: "O vaxta qədər həm Osmanlılarla xarici siyasətimizi koordinasiya edə bilərik, həm də İngiltərədən əlavə bir 100-150 top almağa nail olarıq. Bu, çox vacib məsələdir”. Ancaq Fətəli şah təkliflərin heç birini qəbul etməyib, Abbas Mirzəni qorxaqlıqda ittiham etdi.
Bu ərəfədə Çar Nikolay knyaz Menşikovu Tehrana danışıqlar aparmağa göndərdi. Rusiyaya Osmanlıların yaratdığı çoxsaylı problemləri həll etmək üçün knyaz Menşikova istənilən variantla - hətta lazım gəlsə, Azərbaycan torpaqlarının bir hissəsini İrana qaytarmaq şərtini qəbul etməklə - sülh müqaviləsi bağlamağı tapşırdı. Knyaz Menşikovun sülh bağlamaq üçün verdiyi vədləri şah zəiflik kimi qəbul etdi və artıq daxilində Rusiya üzərində böyük qələbəsini bayram etmək əhvalı yarandı. Şahın vəziri, xarici işlər naziri, xüsusi ilə də oğlu Abbas Mirzə Rusiyanın Talış zonasının İrana qaytarılması bazasında sülh müqaviləsi bağlamaq təklifinə razılıq verilməsində israr etsələr də, şah qəbul etmədi. Abbas Mirzənin "Nikolay bizə gələcəkdə torpaqlarımızı azad etmək üçün müharibəsiz gözəl bir plasdarm verir, biz bundan istifadə etməliyik”, - yalvarışlarına Fətəli şah, - "İstəmirsən, qoşunlara özüm rəhbərlik edəcəyəm, get, mənə mane olma, iki aya bütün Qafqaz yenidən bizim torpaqlar olacaq və mən sənin əmin Ağa Məhəmməd şah Qacar kimi, özümü şahənşah elan edəcəyəm. Özü də Muğanda - Nadir şah kimi. Qoy hamı başa düşsün ki, Azərbaycan torpaqları imperiyanın müqəddəs torpaqlarıdır” - hayqırtısıyla cavab verdi.
1826-cı ilin iyulunda ordu Abbas Mirzənin komandanlığı altında iki istiqamətdə - Naxçıvan və İrəvan xanlıqlarından - Qarabağa, Talış xanlığı zonasından isə - Muğana daxil oldular. Başqa bir 16 minlik ordu İrəvan sərdarının başçılığı altında Tiflisin ətrafındakı bütün ərazini, o cümlədən strateji əhəmiyyətli Borçalını azad etdi. Azadlıq ordusunu çoxdan gözləyən və son 14 ildə daim rus işğalçıları ilə partizan müharibəsi aparan azərbaycanlılar Abbas Mirzəyə qoşularaq torpaqların azad olunması işini xeyli sürətləndirdilər. Abbas Mirzə qoşunlarının böyük bir hissəsini də Xudafərin körpüsündən birbaşa Qarabağa çıxartdı. Qarabağ bəylərinin "əsas qoşunlar gələnədək, rusların hamısını Şuşa qalasına aparıb hərbçiləri öldürmək, arvad-uşaqlarını zindana salmaq lazımdır” təklifi Avropanın müharibə qaydalarına əməl edən Abbas Mirzə tərəfindən rədd edildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, bu, Abbas Mirzənin ən bağışlanmaz səhvi oldu. Ruslar vaxt udmaq üçün, ilk növbədə, özünü qarabağlı sayan erməni general-mayor Mədətovu ordunun komandirliyindən azad etdilər. Bəylərə söz verildi ki, bir neçə həftəyə ordu komandiri azərbaycanlı olacaq və müvəqqəti olaraq, polkovnik Reut komandir təyin edilir. Qafqazda bütün rus ordusunun komandanı general Yermolov Reuta, nəyin bahasına olursa-olsun, Qarabağı müdafiə etməyi əmr etdi.
Abbas Mirzənin planına görə, ordu Gəncədən keçib, Tiflisi tutmalı, müqavimət zəif olarsa, hücumu davam etdirib Qara dəniz sahillərinə çıxmalı idi. İkinci istiqamətdə isə Muğandan keçib Dərbəndi azad etmək və irəliləyərək, Çeçenistanın sərhədlərində onların dağ silahlı dəstələri ilə birləşib, ruslara qarşı müdafiə sistemləri yaradılmalıydı. O vaxta qədər ingilis hərbi gəmiləri Osmanlı imperiyası ilə razılığa gəlib, Qara dəniz sahillərinə çatmalıydılar.
Faktiki olaraq, 5 günlük yürüşlə qoşunlar Azərbaycanın 70 faizindən artıq torpaqlarını azad edib, Gəncəyə yaxınlaşa bildilər. General Yermolov Reuta Qarabağ bəylərini arvad-uşaqları ilə birlikdə həbs edib Şuşa qalasına aparmağı və Abbas Mirzəyə ultimatum göndərməyi əmr etdi. Ultimatumda deyilirdi ki, əgər Abbas Mirzə Şuşaya hucum edərsə, yarısından çoxu uşaq olan yüzlərlə günahsız adam güllələnəcək. Ona görə tələb edilirdi ki, təcili danışıqlar başlansın və ruslar ücün dəhliz yaradılaraq, onların Tiflis istiqamətində buraxılması təmin edilsin. Əks halda, girovlar öldürüləcəkdi. Abbas Mirzənin sərkərdələri hucumla Şuşanı götürüb, rusları darmadağın etməyə üstünlük versələr də, o, insanların həyatına təhlükə olduğunu nəzərə alıb, danışıqlar aparmağa razılıq verdi. Abbas Mirzə general Reuta yazdığı məktubda onu tənə edirdi: "General, İran imperiyasının yarandığı 2400 il bundan öncədən ta bu günə qədər, birinci dəfədir ki, dövlətin ordusu arvad-uşağı girov götürür. Xatırladıram ki, nə Makedoniyalı Aleksandr, nə Roma imperiyası öz 1000 illik tarixi boyu, belə bir addım atmayıb. Sizin ağlınıza gələ bilərmi ki, Napoleon Bonapart Moskvanı tutandan sonra arvad-uşağı girov götürüb, ”Rusiya məğlubiyyət barədə sənəd imzalamasa, onlar öldürüləcək" tələbi irəli sürsün?!"...
Heç bir sivil qaydalara əməl etməyən general Yermolov yaxşı bilirdi ki, I Aleksandrdan fərqli olaraq, I Nikolay az təhsilli, sivil normalara ikrahla baxan bir şəxsdir. Ona görə, narahat deyildi və əvvəlcədən Reuta bütün məsuliyyəti öz üzərinə götürdüyünü yazmışdı. Abbas Mirzənin məktubunu oxuyan, dərin aristrokrat kökləri olan general, həqiqətən, xəcalət çəkərdi. Ancaq bu xəcalətin səviyyəsi Yermolovdan gələn qorxudan qat-qat aşağı idi. 47 gün Abbas Mirzə tərəddüd içərisində yerindən tərpənmədi. Bir tərəfdən, hucum edərsə, rusların günahsız 1500 nəfərə yaxın adamı (onlardan 850-si körpə uşaqlar idi) qıracağından qorxurdu. İkinci tərəfdən, irəli gedərsə, Şuşada yerləşən rus ordusunun ona arxadan zərbə vuracağından ehtiyatlanırdı. Bu müddət ərzində millətçi, yatanda da yuxularında "Böyük Ermənistan” görən, rusların agentləri olan ermənilər Abbas Mirzənin qoşununun, toplarının sayı, yerləşmə ünvanları, süvarilər və s. barədə gecə-gündüz məlumat toplayıb verirdilər. Azərbaycanlılarla eyni kənddə yaşayan, birlikdə işləyən ermənilər isə heç bir repressiyaya məruz qalmadan, öz gündəlik işlərində idilər. Nə "Böyük Ermənistan”ın, nə də rus imperiyasının tərkibində yaşamaq istəmirdilər. Həm ruslar, həm də hakimiyyətə gəlmək üçün onlara satılmış ermənilər saysız cəhdlər göstərsələr də, çoxluqda olan sadə, zəhmətkeş erməniləri azərbaycanlıların onların düşməni olduğuna inandıra bilmədilər.
Nəhayət, 47 gündən sonra Abbas Mirzə qoşunundan 18 min nəfər ayırıb Gəncəni azad etməyə göndərdi. Aradakı vaxtdan istifadə edən ruslar kifayət qədər ordu toplamağa imkan tapdılar. Erməni casusların informasiyasına əsasən, kiçik bir qoşunun Gəncə istiqamətində hərəkət etdiyindən xəbər tutaraq, əvvəlcədən pusqu qurdular və Şəmkir ətrafında Abbas Mirzənin 18 minlik ordusunu məğlub etdilər. Abbas Mirzə məcburən, qoşunu Şuşanın mühasirəsindən çıxardıb Gəncə istiqamətində hərəkətə başladı. Girov götürülənlərin taleyinə biganə qala bilməməsi və rus dövlətinin quldur metodlarından istifadə edəcəyinə inanması onun iflasıyla nəticələndi. Gəncə ətrafında ağır məğlubiyyətə uğrayanda İran qoşunlarının köməkçi hissəsi Tiflisdən cəmi 40 km aralıda idi. 1826-cı ilin oktyabr ayının axırlarında İran qoşunları yenidən hucuma başladığı yerlərə qaytarıldı. Qafqaza kifayət qədər qoşun toplamış Rusiya 1827-ci ilin iyununda İrəvan xanlığına hücuma keçdi. 4 aydan çox çəkən ağır döyüşlər nəticəsində, Abbas Mirzə həm İrəvanı, həm də Naxçıvanı itirdi. Ruslar Araz çayını keçib Təbrizi tutdular.
Можно было ожидать, что автор напишет о борьбе за Карабах в наши дни, точнее о причинах поражении на карабахском войне, о решающей роли Алиева в свержении Муталлибова и Эльчибека и ещё о много других исторических моментах почти 20-ти летней давности. Ведь тогда он был в гуще событий. А он детально пересказывает историков описывающие Русско-иранские войны.
Indi kechek Talish oylkonimine. Belelikle: " Rusiyanın Talış zonasının İrana qaytarılması bazasında sülh müqaviləsi bağlamaq təklifinə razılıq verilməsində israr etsələr də, şah qəbul etmədi." Bu ne ZONA sohbetibir o zaman? Belke Resul Quliyev boynuna almaq istemir ki, Talish Xanliginin resmi adini chekmek istemir, baxmayaraq ki, hemen vax Rusiya inzibati bolgunu hele deyishmemish ve Talish xanligi ele Xanliq statusunda qalmishdi (duzdur, bashqa xanliqlar legv edilmishdi, amma Talish yox). Gelsenem Resul Quliyev bunu qeyd etmeyeydi. O, Talish Zonasi ona gore yazir ki, Talishi Azerbaycanin hissesi kimi qeleme vermek isteyir. Lakin bu ag yalandi. Talish o zaman hech Qacar Irani tam sayilmirdi. Resul Quliyevin bu noqteyi-nezeri ikinci misalda tam ashkarlanir: "Naxçıvan və İrəvan xanlıqlarından - Qarabağa, Talış xanlığı zonasından isə - Muğana daxil oldular." -- Naxchivani,Irevani xanliq adlandiran R.Quliyev Talish xanligini yene de ZONA kimi qeleme verib. Mesele aydindir, muellif Talisha semimi yanashmaq istemir, hetta tarix senedleri onun gozunu deshende bele... Haram olsun o kese ki, talishlarin ozunuteyin etme haqqlarini tanimasin. Nasist ele nasist olaraq qalacaq. Kitabin tarixi qiymeti olmadi, heteren-peteren cizmaqaradan bashqa bir shey deyil.
Ne halal? Bu axmaq adam ozunden uydurur, sen Babek, ona halal olsun deyirsen? Bax: "İran şahının "Qafqazı azad etməyin vaxtı çatıb” qərarını///" - Qacar "QAFQAZ" deyir, Resul gicbeser qoyun kimi yene de "Azerbaycan" deyir -Qafqazin harasi Azerbaycandir axi ???!!! Indiki post-sovet zamanindan getmir sohbet! Tarixdir ve gerek tarixe uygun deyilsin, Resul buna hech mehel de qoymur. Ya savadi chatmir, ya da gic turkchudur. Bax: "Azərbaycanın 70 faizindən artıq torpaqlarını azad edib, Gəncəyə yaxınlaşa bildilər" - Ne rus, ne Qacar Iranin senedlerinde Gence Azerbaycan adlanmir, amma Resul Q. inadkarcasina yalan yazmagindadi. Bu eraziler ruslada Zakavkazye, iranlilarda Mavaraye-Qafqaz adlanir. Ehali hech bir yerde "azerbaycanlilar" adlanmir. Resul Q. ozunden uydurur, gerek 'muselmanlar veya iranlilar" yazaydi, duxu chatmadi veya istemedi tarixi heqiqeti desin. 1939 -hara, 1814 hara? Azerbaycan ozu uchun ele Iranda qalmaqda bunlar ozlerini gucle 'azerbaycanlui' saymaqda. Turk hara Atropaten hara? :))) Odur ki, halal-zad hech bir shey yoxdur.
@Abbas Mirzə Rusiyanın Talış zonasının İrana qaytarılması bazasında sülh müqaviləsi bağlamaq təklifinə razılıq verilməsində israr etsələr də, şah qəbul etmədi. Abbas Mirzənin "Nikolay bizə gələcəkdə torpaqlarımızı azad etmək üçün müharibəsiz gözəl bir plasdarm verir, biz bundan istifadə etməliyik”, -@ Halal olsun Rasul Guliyeva! hech olmasa tarixi kishi kimi biraz hagigata uygun danishir va Talishin adini tutur, yoxsa obirisi chakgallar kimi janub zonasi demir.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]