Главная » 2011»Октябрь»9 » Ruhulla Axundzadə Talışın hüquqsuzluğunu dilə gətirdiyinə görə 11 il 6 ay azadlıqdan məhrum edildi (video-reportaj)
22:35
Ruhulla Axundzadə Talışın hüquqsuzluğunu dilə gətirdiyinə görə 11 il 6 ay azadlıqdan məhrum edildi (video-reportaj)
Beləliklə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə oktyabrın 7-də keçirilən Məhkəmə prosesində Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov 12 il, İslam Partiyasının sədr müavini Vaqif Abdullayev 11 il, AİP Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəramiz Abbasov 11 il müddətinə azadlıqdan məhrum edildilər, Zülfüqar Mikayılov isə 5 il sınaq müddətilə 11 illik şərti cəzaya məhkum olundu.
Əgər dindarların hamısı - Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri kimi qondarma iddialarla ittiham olunca da, Ruhulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürüldü..
Əslində bütün olkədaxili və xarici ictimaiyyətə tam şəkildə bəlli idi ki, Mövsüm Səmədov da daxil olmala onun qohumları və məsləkdaşları birincinin "youtube” şəbəkəsində yayılan bir çıxışında ölkə rəhbərini Yezidə bənzətdiyi üçün 11-12 il iş aldlar. Məhkəmə hökmündə də qeyd edilən video-rolikdə deyilənlər əsas gətirildi.
Onlardan fərqli olaraq, Ruhulla Axundzadə bilavasitə İranın "Səhər” telekanalında Talışların hüquqlarının pozulduğunu bildirdiyinə görə 11 il 6 ay azadlıqdan məhrum edildiyi də dəfələrlə hakimin hökmündə səsləndi. Hakim onunla bağlı hökmü oxuyarkən, Ruhulla Axundzadə də bir neçə dəfə uca səslə öz fikrində qaldığını bildirdi və Talışda kömrük sistemində baş verənləri, narkotikanın şüurlu şəkildə bu zonada yayılmasını, rayonların rəhbər vəzifələrində yerli kadrların olmamasını, gəlmələrin isə bu zonanı bazara döndərməsi və i.a. halları bilavasitə Talış xalqına qarşı aparılan siyasət hesab etdi... Onun üzünə durdurulan Astara müəllimlərini isə MTN işverənləri hesab etdi...
Əfsuslar olsun ki, məhkəmənin səhəri günü bütün KİV-də bu barədə bir kəlmə belə yazılmadı. Əsində isə hakimin məhkəmədə hökmün oxumasına sərf etdiyi 2 saatlıq vaxtın ən azı yarısı Ruhulla Azundzadənin İranın "Səhər” telekanalında Talışların hüquqlarının pozuntusundan və bu barədə şahidlərin (Astara Pensər kənd məktəbinin direktoru Asif Əsədullayevin, Lovayn kənd məktəbinin direktoru Hafiz Rəsulovun, Siyakü kənd məktəbinin müəllimi Həmid Məmmədovun və d.) ifadələrindən bəhs etdi. Ruhulla Azundzadənin qonşusunun həyətinə atılmış silahlar barədə isə 1-2 epzodik ifadə işlədildi...
Əziz dostlar, aşağıdakı video-rolikdə "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun (və "Azadliq” radiosunun müxbirinin) məhkəmə prosesindən sonra Ruhulla Axundzadənin ailəsi ilə etdiyi söhbəti və bu məhkəmə prosesi barədə fikirlərini dinləyə bilərsiniz...
B место того, чтобы заняться своим прямом обязанностям т.е. искать врагов государства (на это у них духо не хватает), МГБ АР занимается ерундой. Для отчетов перед руководством приносить пора талышей в жертву. То они шпионы, то диверсанты, даже они готовят гос. переворот и президент доволен своими орлами.
Astara Pensər kənd məktəbinin direktoru Asif Əsədullayevin, Lovayn kənd məktəbinin direktoru Hafiz Rəsulovun, Siyakü kənd məktəbinin müəllimi Həmid Məmmədovun və digərlərinin ifadələrindən bəhs etdi. =====
Bu digerler bes kimdir? Talish milleti oz qehremanlarini hem uzden, hem de adlarindan tanimamalidi?
Ruhulla Axundzadə bilavasitə İranın "Səhər” telekanalında Talışların hüquqlarının pozulduğunu bildirdiyinə görə 11 il 6 ay azadlıqdan məhrum edildiyi === Bu 11 il 6 ay hebs muddeti ile hakimiyyet komandasi Talish milletine xox gelmek fikrindedir. Ne qeder agilsiz gorunse bele, demek lazimdir ki, Talish milleti bir deste cuhud-kurd bandasindan qorxmur ve hec qorxmayacaq da. Onlarin shekki qorxaq bozqurd adlanan qovme gedir, ele bilirler ki, talishlar da onlar kimi biqeyretdiler, amma yanilirlar.
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]