Главная » 2012»Июль»5 » Rusiya Muftilər Şurasının sədri Hilal Məmmədovla bağlı müraciət etdi
00:13
Rusiya Muftilər Şurasının sədri Hilal Məmmədovla bağlı müraciət etdi
Rusiya Muftilər Şurasının sədri Ravil Qaynutdin Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Sədri Şeyxulislam Hacı Allahşükür Paşazadəyə "Tolışi Sədo" qəzetinin baş redaktoru, hüquqmüdafiəçisi, mömin Hilal Məmmədovun qondarma ittihamlarla həbs edilməsilə əlaqədar müraciət edib. Müraciətdə Rusiyada yaşayan talış ziyalılarının Hilal Məmmədovun saxta narkotika ittihamı ilə həbsindən dərin narahatlıq keçirtdikləri ifadə olunmuşdur.
Müraciətdə deyilir: "Sizdən xahiş edirik ki, Hilal Əlif oğlu Məmmədovun taleyində şəxsən iştirak edəsiniz. Biz dini liderlər insan taleyinin həllində səhflərin buraxılmaması üçün əlimizdən gələn hər şeyi etməliyik.
Fürsətdən istifadə edib bir daha Sizin ölkələrimiz və xalqlarımız arasında qardaşlıq və xoş qonşuluq münasibətlərin inkişafında göstərdiyiniz bütün təşəbbüslərinizə vaxtında dəstək verməyə hazır olduğumu bildirirəm".