
Rusiya Talış Diasporu Təşkilatı Azərbaycanda Milli Şuranın yaradılması ilə bağlı bəyanat yayıb Bəyanatda deyilir:
Rusiya Talış Diasporu Təşkilatı Vətəndə dünya şöhrətli ictimai xadim Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı layihəsini dəstəkləyir və buna Azərbaycanda son 40 il ərzində formalaşan avtoritar rejimdən xilas olmanın mühüm şərti kimi baxır.
Məlumdur ki, bu il Azərbaycanda prezident seçkiləridir. Biz Vətənimizdən kənarda yaşasaq da ürəyimiz daim Vətənlə döyünür və burada gedən ictimai-siyasi prosesləri diqqətlə izləyirik.
Hər bir insan yalnız öz Vətənində tam xoşbəxt ola bilər. Qurbət nə qədər isti olsa da, heç bir vaxt Vətənin yerini vermir və verə də bilməz. Vətən bizim anamız, doğmalarımız, dilimiz, tariximiz, adət-ənələrimiz deməkdir. Milliyətindən asılı olmayaraq Azərbaycan insanı son onilliklərdə yaradılmız dözülməz şəraitindən cana döymuş, soydaşlarımız Rusiya cöllərinə səpələnməyə məcbur olmuşlar. Hər şey əlimizdən alınmışdır. Bütün bunlara görə biz Vətənimizdə demokratik bir cəmiyyətin bərqərar olmasında maraqlıyıq.
Azərbaycan xalqı yalnız bir yerdə qarşısında dayanan irtica maşınına qalib gələ bilər. Bunun alternativini görmürük. Bu mənada Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı ortaya qoyduğu ideyanı dəstəkləyir və bütün soydaşlarımızın bu ideya ətrafında birləşdirməkdən ötrü sivil vasitələrlə əlimizdən gələni etməyə hazırıq.
İsmail Şabanov,
Rusiya Talış Diasporu Təşkilatının prezidenti