Главная » 2011»Март»1 » Sosial Şəbəkələrdə talışlar nəyi tələb edir
23:35
Sosial Şəbəkələrdə talışlar nəyi tələb edir
Bu gün facebook sosial şəbəkəsində iştirak edən talışlar özlərinin növbəti aksiyasını keçirtdilər. Bu aksiya ilə iştirakçılar Azərbaycan cəmiyyətinə aşağıdakı məzmunda bir mesaj ötürdülər:
"Talışa "Cənub regionu" deyilməsinə etiraz edirik! Regionmuzun tarixi adının bu şəkildə dəyişdirilməsinə qarşıyıq. Bu ad özündə nə tarixi, nədə coğrafi məqamı əks etdirmir. Heç bir siyasət, heç bir təpki bir xalqın genində dəyişkənlik edəcək gücə sahib deyil... Məkanımızın adını, nəticədə bir xalqın adını yaddaşlardan silməyə yönəlmiş siyasəti pisləyirik! Talış məkanının adını düzgün səslənməsini istəyirik!"
Məlumdur ki, sözü gedən məsələ indiyə qədər dəfələrlə müxtəlif instansiyalarda səsləndirilib. Azərbaycanda bu sahədə ab-havanı müəyyən edənlər isə hələ ki, qulaqlarına pambıq tıxıyıb, tarixi regionumuzun adını bizə hər vəclə unutdurmaq istəyində davam edirlər. Bunun nəticəsidir ki, kökündə gizlin məqsədlərin dayandığı bu məsələ bu gün sosial şəbəkələrdə müzakirə premetinə çevrilmişdir.