Главная » 2013»Август»30 » Talış dili “Xəzər Lənkəran”nın oyununda nələrə səbəb oldu?
14:53
Talış dili “Xəzər Lənkəran”nın oyununda nələrə səbəb oldu?
Lənkərandakı futbol həbslərin əsas səbəbi məlum olub
Xəzər Lənkəran futbol komandası azarkeşlərinin komandanın son oyununda talış dilində yazılmış şuarı əllərində qaldırması məsələsi MTN tərəfindən araşdırılır.
Bunu Lənkəran MTN idarəsindən məlumatlı mənbə bildirib.
Mənbənin bildirdiyinə görə, oyunda bu olayın baş verməsinən sonra MTN-ə bağlı azarkeşlərə oyundan dərhal sonra qarışıqlıq yaratmağı tapşırılıb və azarkeşlərin savaşdığı bəhanə gətirilərək bir neçə nəfər həbs olunub. Ancaq həbslərin əsas səbəbi bəzi azarkeşlərin Xəzər Lənkəran komandasının son oyununda talış dilində yazılmış şuarı əllərində qaldırması olub.
Təcrübədən məlumdur ki, Azərbaycanda talış dilindən ictimai yerlərdə istifadə faktiki olaraq yasaqdır.