Главная » 2011»Сентябрь»19 » Talış Milli Hərəkatı II Beynəlxalq Talışşünaslıq Konfransıla bağlı bəyanat yaymışdır
19:56
Talış Milli Hərəkatı II Beynəlxalq Talışşünaslıq Konfransıla bağlı bəyanat yaymışdır
Xəbər verdiyimiz kimi cari ilin noyabr ayının 12-də Ermənistanın paytaxtı Yerevan şəhərində Beynəlxalq İran və Qafqaz jurnalı (BRILL, Leiden-Boston), Modus Vivendi Mərkəzi, İranşünaslıq üzrə Qafqaz Mərkəzi, Türkiyə, İran və Qafqazı öyrənmə üzrə Beynəlxalq Cəmiyyəti (ISSTIC) və ARMACAD təşkilatları Hyksos fondunun dəstəyi ilə II Beynəlxalq Talışşünaslıq Konfransının keçirilməsini planlaşdırır.
Bununla əlaqədar olaraq Talış Milli Hərəkatı (TMH) bəyanat yaymışdır.
Redaksiyamızın elektron poçtuna TMH sədri Ə.Hummatovun imzasıla daxil olan bəyanatda deyilir: "Altı il bundan əvvəl keçirilən I Beynəlxalq Talışşünaslıq Konfransı çoxlu səs-küyə səbəb olmuşdur. O vaxt bizdə belə bir ümid yarandı ki, Azərbaycan Respublikasının hakimiyyəti bundan düzgün nəticə çıxardar və talış dilinin və tarixinin öyrənilməsi, xalqımızın mədəniyyətinin inkişafı kimi məsələlər nəhayət müsbət həllini tapacaqdır. Təəssüf ki, bu məsələlər talışın vətənində nəinki həllini tapmadı, əksinə daha ağrılı xarakter almağa başladı. Bu müddət ərzində talış ziyalılarının təqibi daha da gücləndirilmişdir. Yalnız talış dilini tədqiq etməsinə görə talış alimi Novruzəli Məmmədov və onun ailəsi məhf edilmişdir. Talış tarixinin həyasızcasına saxtalaşdırılması davam etmişdir. Bütün bu faktlar göstərir ki, hazırki hakimiyyət özünün talış xalqının asimilyasiya edilməsilə bağlı siyasəti dayandırmaq fikrində deyildir. Belə bir şəraitdə II Beynəlxalq Talışşunaslıq Konfransının keçirilməsi mahiyyət etibarıla mürtəce rejimin gölgəsini dağıdan işıqdır. Biz, TMH liderləri belə nəcib təşəbbüs qaldıran təşkilatlara öz minnətdarlığımızı bildirməklə bu istiqamətdə çalışan və öz xalqının taleyinə biganə olmayan bütün talış alimlərini konfransda iştirak etməyə çağırırıq. Bunula onlar Azərbaycanın köklü xalqların məhfinə yönələn qatı millətçilik siyasətinə etirazını bildirmiş olarlar".