Главная » 2011»Ноябрь»21 » Tomas Hammerberq: “Azərbaycan hakimiyyəti Leyla Yunusun və İnsan Haqları evinin hüquqlarını bərpa etməlidir”
17:32
Tomas Hammerberq: “Azərbaycan hakimiyyəti Leyla Yunusun və İnsan Haqları evinin hüquqlarını bərpa etməlidir”
İnsan hüquqları üzrə Avropa komissarı Tomas Hammerberq Turan agentliyinin xahişi ilə Azərbaycanda hüquq və azadlıqların pozulması ilə bağlı son faktları qiymətləndirib. O deyib: "Mən son vaxtlar bir çox hüquq müdafiəçisinin, həmçinin yerli və xarici QHT-nin öz fəaliyyətini həyata keçirərkən üzləşdiyi çətinliklərdən narahatam. Bakının mərkəzində Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu də daxil olmaqla, bir neçə QHT-nin yerləşdiyi binanın dağıdılması məni xüsusilə narahat edir.
Bu, avqustun 11-də axşam binanın içərisində olanlara ilkin xəbərdarlıq edilmədən baş verib. Sentyabra təyin olunmuş növbəti dinləmələrə kimi bu cür hərəkətləri qadağan edən məhkəmə qərarının olmasına baxmayaraq, ev sökülüb. Həmin QHT-lərin əməkdaşları öz sənədlərini, kompüter və digər avadanlıqları götürə bilməyiblər.
Söküntünün başvermə şəraiti belə düşünməyə əsas verir ki, bu, fəaliyyətinə görə L.Yunusu cəzalandırmaq üçün məqsədyönlü şəkildə həyata keçirilib. Belə ki, L.Yunus korrupsiyanı, adamların öz evlərindən zorla çıxarılmasını, mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasını kəskin şəkildə pisləyib.
Mən hakimiyyəti bu binanı sökənlərin məsuliyyətini araşdırmağa, mülkiyyət itkisinə görə adekvat kompensasiya ödəməyə çağırıram.
Mən həmçinin bu ilin martında İnsan Haqları Evi hüquq müdafiə fondunun Azərbaycan bölməsinin bağlanmasından narahatam.
Ümid edirəm ki, Azərbaycan hakimiyyəti demokratik cəmiyyətin əsas hüquqlarından biri olan toplaşma azadlığı hüququ da daxil olmaqla, insan haqları sahəsindəki öhdəliklərə əməl edilməsi üçün real addımlar atacaq”.