Главная »
2012 » Март » 2 » „Üsyan“ filminin sonu: Ədalətli prezident qərar verdi, hamı xalqdan üzr istədi, Quba oyunu bitdi
00:06 „Üsyan“ filminin sonu: Ədalətli prezident qərar verdi, hamı xalqdan üzr istədi, Quba oyunu bitdi |
Bu şəkilə fikir verməyin. Bu şəkil Qubada yox, Bakıda çəkilib. Ağzını açıb hakimiyyəti tənqid edənin qollarını burub zindana atırlar...Milli Məclis susur. Deputatlar susur. Hüquq susur. Qanun susur. Nazirlər susur. Prezident susur...Bəs Quba? Mətləbə keçək... Hər şey bir gündə başladı, bir gündə bitdi. Qısametrajlı filmlərdəki kimi. Quba xanı (icra başçısı) xalqı təhqir etdi. Xalq ayağa qalxdı. İcra başçısının evinə od vurub yandırdılar. Parlament deputatları əzilən və təhqir olunan xalqın müdafiəsinə səsini ucaltdı. İcra başçısı və hətta nəqliyyat naziri Ziya Məmmədov xalqdan üzr istədi. Rejimin qulluğunda canını fəda verən Fəzail Ağamalı da Quba camaatının qayğısına qaldığını gizlətməyib. Adamın gözləri yaşarır! Fəzail Ağamalı demişdir ki, "Azərbaycan xalqının, prezidentimizin etimadından bu şəkildə istifadə edən harınlamış, yolunu azmış məmurlar vəzifəsindən uzaqlaşdırılmalıdır və cəzalandırılalıdır”. Harada yaşayırıq, ya Rəb! Nə isə...Xalq sakitləşdi. Xalq üzünü ədalətli və mərhəmətli prezidentə tutub bir ağızdan nida etdi: „Ey böyük prezident! Biz Azərbaycan prezidenti İlham Əliyevi dəstəkləyirik. Hər zaman onun siyasətini dəstəkləmişik, indi də onun ətrafında sıx birləşirik. Ümidimiz yalnız onadır”. Ümid yeri tapıldı. Film bitdi. İşıqlar yananda gördük ki, üsyan-zad olmayıb, xalq ayağa qalxmayıb. Xalqı ayağa qaldırıb böyük oyun oynayıblar. Xalqın, ictimaiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini mühüm problemlərdən yayındırmaq istəyiblər. Filmin sonu artıq məlumdur. İndi qalıb oyunun sonu. Oyunun sonunda prezdent İlham Əliyev Qubaya gedəcək və ümidlə yaşayan xalq onu vəcdlə, şövqlə qarşılayacaq. Bəs oyunu kim udacaq? Çox safsınız! Oyunu oynayanlar udacaqlar. Bəs xalq? Xalqa hələ növbə çatmayıb. Ehtiyatlı olun! Yuxarıdan icazə almadıqca Bakıda küçəyə çıxıb kiminsə istefasını tələb etməyin! Sizi tutarlar... Mirzə Xəzər, 01.03.2012, http://mirzexezerinsesi.net
|
Категория: Azərbaycan |
Просмотров: 1574 |
Добавил: admin
| Рейтинг: 5.0/3 |
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[
Регистрация |
Вход ]