Allahın adı ilə
(Ardı, əvvəli burada)
Ötən saydakı yazımızda dilin ilkin yaranış mərhələsindən söz açmışdıq.
Belə ki, ailə icması vaxtındakı dövrünə qədərki zamanı az da olsa nəzərinizə çatdırmışdıq. Bu mərhələdən sonra dil əlbəttə bəşərin inkişafı ilə birgə addımlamalı idi. Necə bəşər artır və yeni-yeni inkişaf mərhələsi keçir dil də insanın öz içindən doğularaq onunla birgə onun ifadə təminatını ödəyir. İlk yazımızda insanın vəhşi təbiətdən qorunmasından doğan həyəcanın məhsulu olan ifadələrdən danışmışdıq. Get-gedə bu tələbat daha da artırdı. Bunun nəticəsində bəşər ovladının təbiətin ona anlaşılmayan hadisələrindən qorunması üçün ona tapınacağı fövqəlqüvvəyə tapınma hissi meydana gəldi.
Buna da biz inanc hissi deyirik. İnanc hissi və onu ifadə edən sözlərin doğuluş zərurəti: Talış dilində Tanrı məfhumu Hu(do), Xı(do), Zə(r) kimi ifadə olunur.
Allahın Hu adı insanlarda demək olar ki ilk insan inancı dövründən yol gəlir. Bu ad 124 min Allah elçisi (dostu olan) peyğəmbərlərinn (Zərdustların, Zər-Allahın adlarından biri, dust isə dostu deməkdir, yəni Xəlilullah, Həbibullah) hamısının dilində səslənmişdir. Hu (Allah)-do yəni hər şeyi əvəzsiz olaraq verən.
Hudo - bu talış dilində Xı-do kimi də işlənir.
Dedik ki bütün peyğəmbərlər Zərdustdur. Yəni Zərin-Allahın dostu adlanırlar. Bəzən Zərdust deyəndə yalnız müqəddəs Avesta (yəni Av-əv, hesta-heste yəni O vardır) kitabını Xaliq tərəfindən insanlara çatdıran Spitama yada düşür. Bu heç də belə deyil. Müqəddəs Avesta vəhyini alan Spitama da 124 min Zərdustdan biridir. Onun adı Sipitum yəni ağ toxum, ağ adam, ari irqinə mənsub olan şəxs deməkdir. Atasının adı Purışeasp yəni atı çox olan. Anasının adı Doqdo-Dodo yəni Süd verən.
Bunlar hələ sonrakı söhbətin mövzusu olacaqdır.
Gəlin qayıdaq ilk insan inancından doğan Zə (r) sözünə və ordan yolumuza davam edək. Z ilə başlayan sözlərə qısa bir nəzər:
Za- pöhrə, davam Zı- böyük, odlu Zo- özək, ilk, əzəl Zu- iti, sürətli Ze- naxış, yaraşıq Zə- güclü, baş, böyük, işıq, nur Zi- bağlı,tumurcuq, ilk Zü- güc, quvvə, yenilməz
Allahın sifətlərindən bəhs edən bu sözlərdən biri olan Zə (r) sözü üzərində bir az duraq.
Zər sözü Avestada Zərvan və ya Zərvon kimi işlənir. Zər bildiyimiz kimi Allah deməkdir, bəs von əlavəsi nə deməkdir. Von yəni Yiyə, sahib, yaradan və idarə edən. Zərvon yəni - Böyük, güclü, işıqlı, nurlu və kainatı yaradıb idarə edən, onun şəriksiz sahibi, mütləq və vahid olan ali Varlıq. Adəm yəni İoma (1-ci gələn deməkdir).
Adəmdən belə bayaq dediyimiz kimi inanc mövcuddur. Bəşərin tapındığı Xaliqindən xilqətə göndərilən 5 haqq kitabın hamısında yer kürəsində insanların mövcudluğunun Adəm və Həvvadan başlandığı qeyd olunur. Adəm yəni İoma, Həvva yəni Hvoqva-Hova. Demək İoma və Hova. İoma- birinci gələn, Hova yəni dişi. Bax burada yenə hər bir yaranmışın inkişafı artımı üçün lazım olan iki əks qütbün mütləq mövcud olması və bir vahiddə birləşərək inkubasiyon mərhələ keçmə vacibliyi yada düşür.
Buna misal: Bir qozun içində iki ləpə biri Adəm biri Həvva, arxadan eyni öndən fərqli. Qeyd etmişdik ki, Talış dilində saitlər hər bir samitlə birləşən kimi iki səsli müstəqil məna kəsb edir. Məs: A səsi. Bu səsin qarşısına samitləri bir-bir qoymaqla bu prosesi müşahidə edək.
A səsi: Ba- yüksək Va- qar Da- on Sa- yüz Na- qabaq Ka- köpük Za- pöhrə Ta- acıq, geyim La- yuva, yumşaq Və s, və i a.
O : səsi: Bo- qardaş, yük Vo- yel Do-ağac So- həyət No- yeni Ko- iş Zo- rüşeym, erkək To- tay, qat Lo- insan, qarğa, layla Və s, və i a.
Ə səsi: Bə-qapı, çöl Və-ön, qucaq Də- yarğan, dərə Sə-baş, təpə, üst Nə-dişi Kə-ev Zə-güclü, baş, böyük, işıq, nur Tə-vahid, boş, alın Lə-zərif, yumşaq
Elə bilirik ki bunun bütün saitlər üzrə belə olmasından ötəri çox uzatmağa ehtiyac yoxdur.
İndi də Talış dili ilə Müqəddəs Avestaya qısa bir nəzər yetirək. Avestadan bir parça (olduğu kimi) :
Zərvan-(Hu) İomaya deyir: Ha İoma, bumi biya dəbəbaste. Ha İoma, bıbar bə koçonə- Dovo qerem pasono, Dovo qerem bızono, Dovo qerem aspono, Dovo qerem qoono Dovo qerem sıpono, Dovo qerem kıtono, Dovo qerem kəjəlo, varano, və s, və i a.
Bu da Avestadan digər parça: Həməzor, həmə ruşnə əşı botı həməzor. Həmə çoki botı həməzor. Tı doə huri mıjdə həraye, huri mıjdə omə şə sipindon həməzor. Bətı bardə roon otəşon həməzor. Iştı fərəvəşe əşıon həməzor. Iştı din-vəhon, mıjdəyəsnon həməzor. Iştı kuon-haft kişvər zəmin ki po doə vahidin.
Peyo iyo tıkə voşon ki bəvoy vahidin. Mıjdəyəsnon, astovən, avə emə avərüşnon həməzor. Mən elə bilirəm ki, qədim Avestadan olan bu parçaları anlamaq bu gün də müasir talışlar üçün su içmək kimi bir şeydir.
Talış dilində olan saitlərin işarələr üzrə məqamları.

Bizim açdığımız mövzunu izləmək istəyənlər üçün deyə bilərik ki, bu tükənməz mövzu hələ çox davam edəcəkdir. İzləyin və fikirlərinizi bildirin.
Ardı burada
Əli Nasir, "Tolışi Sədo" №1, 2011-ci il
|