Allahın adı ilə
(Ardı, əvvəli burada)
Möhtərəm Oxucu, bu heç kəsə sirr deyil ki, dil insan şüuruna beşikdə eşitdiyi layla və əzizləmələrdən üzü bəri nüfuz etməyə başlayır. Odur ki, bu günkü yazımıza elə "qofe”, yəni beşik sözündən başlayaq. Qofe sözü dörd səslə ifadə edilən iki sözün birləşməsindən ibarətdir. Yəni Qo və fe. Qo sözü qeyd etdiyimiz kimi yer, məkan, Fe isə Feya, yəni mələk anlamındadır. Qofe sözü bütövlükdə mələyin yeri deməkdir. Feya, Feyariştə və ya Firiştə talış dilində mələk deməkdir. Ümumiyyətlə talış dilində yer, məkan və məqam sözləri, aid olduğu məqama görə Qo, ğo, co, xo kimi işlənir. Məs: Di qo-kənd yeri, Ğo nəğ-müvəqqəti məskunlaşan, Xəmən co-xırman yeri, Xo nə xo-Mücərrəd olan və ya evi dağılan kəs. Qo sözü musiqimizdə də qah və ya gah kimi geniş işlənməkdədir. Mis: Maq Qo Mat və ya Maq o mat. Talış dilində iki samit və ya iki sait yanaşı gələrsə, biri mütləq düşür.
Ma-özək, əsas, Qo-yer, məqam, Mat-düşüncə. mənası-Maq düşüncəsinin avazla ifadəsi və ya ifadə yeri.
Məs: Qah, yəni İqah, Duqah, Seqah və s. və i.a.
Yer məfhumunun talış dilində daha iki işlənmə forması mövcuddur. Bunlar Bum və Zəmin sözləridir. Bumərişə, yəni yerkökü və Bumalarzə, yəni zəlzələ-yertitrəyişi.
Yazımızın əvvəlində dilin insan beyninə beşikdə eşitdiyi əzizləmələrdən nüfuz etdiyini qeyd etmişdik. Əzizləmə adətən nazvermə, oxşama və laylalar şəklində olur. Nazvermə-nozə, layla isə lolo kimi ifadə olunur. Lo həm insan, həm qarğa mənalarınnda da işlənir. Lo sözü ha lo, lo, yəni ey adam, ey insan deyə çağırış formasında qədim zamanlardan talış folklorunda işlənməkdədir. Lo ilə başlayan çoxlu sözlər vardır. Məs: loş, loşğur, lokə, lopə, loğə, lox, lop, lok , lol, loku, lorun, lovə, lonə, lolə, loxne, lovne, lopne, lokne və i.a. və s. Bu sözlərdə olan lo, sözlərin ikinci hissəsindəki ifadəni əmələ gətirmək üçün istiqamət rolunu oynayır. Talış dilində Kə, ka, kan-kon və Lan-lon sözləri də məkan bildirir. Məs: Ka spi-Ağların (Ağ adamların) evi, məkanı, Ka spi on si- Ağ adamların məkanın yanındakı böyük su. (Ağ adamların dənizi). Si, sitil-çoxlu su, Si çoxlu su, Til-yığılan məkan deməkdir. Ku sə kan-Dağın üstə olan evlər. Mərd ə kan-Mərdlərin evi, yaşadığı yer. Səpenə kan-Üstdəki evlər, Səydə kan-Seyid evləri. Şıx ə kan-Şıx evləri.
Lan-lon yuva deməkdir. Məs: Kaqə lon-Kaqə (quş) yuvası, Xırda lan (Hırdə lon)-Kiçik yuva, Sə va lan-Başı qar yuvası, Nafta lan-Neft yuvası (mədəni) və s, və i.a.
Bil sözü də Talış dilində geniş işlənmə arialına malikdir.
Məs: Rüşin ə bil-İşıqlı (duru) su. Hard ə bil (Ardəbil)-Yeməli (İçməli) su. Şur (sü ə) ə bil-Duzlu su, Bil ə sə-Suyun baş hissəsi, Bil ə səvo-Suyun mənbəyi, Bil ə co (cər)-Suyun yığıldıqı çökəklik, Bil gəh, Bil qo-Sucaq (çoxlu su olan) yer, sahə deməkdir. (Qo, qah, gəh, gah-yer deməkdir).
Bir ifadə üzərində də düşünməyə dəyər. St-yəni bərk, daşlaşmış. Bu ifadə adətən saitlər qəbul etməklə öz mahiyyətini açır. Məs: Ast, Sit, Ost, Hast, Hest, Dast, Rost, Dust, Pust, Rast, Most, Bast və s, və i.a.
Ast o və-Ulduz (bərkimiş işıq). Ast ro nom-Kəhkəşana yolun adı. Sit a rə-Ulduz. Ost o (ə) ro-İşıqlı, Bərk, Asan yol. He st-mütləq təsdiq, Da st-bərk, dəqiq, ölçü vahidi. Ro st-Mütləq, düz, Du st-həmdəm, sirdaş. Pü st-dəri. Ra st-tuş gəlmə. Mo st-Süddən alınan bərk maye, qatıq. Ba st-Bağlama, bərkitmə və s, və i.a.
Bizim açdığımız mövzunu izləmək istəyənlər üçün deyə bilərik ki, bu tükənməz mövzu hələ çox davam edəcəkdir. İzləyin və fikirlərinizi bildirin.
Ardı gələn sayımızda
Əli Nasir, "Tolışi Sədo" №9, 2011-ci il
|