Lankon məhkəməsi "Xural” qəzetinin əməkdaşı, tanınmış jurnalist Aydın Canıyevi 3 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə jurnalisti AR Cinayət Məcəlləsinin 221.2.2 maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) üzrə təqsirli bilib. Bir saat əvvəl bitən məhkəmə A.Canıyevin vəsatətlərini rədd edib.
Məhkəmə prosesində prokuror 4 il iş tələb etsə də, hakim 3 il azadlıqdan məhrumetmə cəzası kəsib. Aydın Canıyev vəkildən imitna edib və özü özünü müdafiə edib.
Xatırladaq ki, A.Canıyev sentyabr ayında saxlanılıb. O, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lankonın Səpnəkon kəndinin məscidi
...
Читать дальше »
|
Azərbaycanın cənubu sayılan Talış zonası çox qədim abidələrlə zəngin olan məkandır. Bu tarixi abidələrdən bəziləri də ziyarətgahlar və ocaqlardır. Bildiyimiz kimi talış zonasında çox ziyarətgahlar və ocaqlar var. Məsələn Şeyx Zahid türbəsi, Şeyx Camal türbəsi, Seyida türbəsi, Səydəkinə türbəsi, Bobo Rəhman, Bobo Kəm (Kərim), Bobogil, Sexəlifə, Yusiku və sair. Bu qədim ocaqlardan olan Yusiku ocağı haqqında Sizə bəzi məlumatlar verimək istəyirəm.
Yusiku ocaqı Yuxarı Nüvədi kəndində yerləşir. Ocağın talış dilində tərcüməsi belədir. Yusi - Yusif, Ku - təpə deməkdir. Yəni ki, Yusif təpəliyi mənasını verir. Ocağın təqribən 400 yaşı olar. Ocağın əsasını Ərdəbildən olan Şeyx Yusif ibn Şeyx Abbas qoyub. O Ərdəbildən köçərək atası ilə Yuxarı Nüvədi kəndind
...
Читать дальше »
|
Mənim bir həmşəhərlim var - vicdan Sabir! Yox, o ayamanı ona mən qoymamışam, özü götürüb, onun bir "Vicdan” xeyriyyə cəmiyyəti var idi ki, ona çox populyarlıq gətirdi. Söhbət Milli Dövlətçilik Partiyasının sədri, İrəvan mühacir dövlətinin prezidenti (?), Sumqayıt maşın bazarının sahibi Sabir Tarverdiyevdən gedir.
Sabir Tarverdiyevlə şəxsi tanışlığım yoxdur, amma onu bilirəm ki, Əvəz Zeynallıya "qardaş” deyənlərdən biri də odur. Niyə mən Sabir Tarverdiyevdən başladım? Çünkü bu gün həmən "qardaş” "qardaşı” Əvəzin üzünə durur və iddia edir ki, hər həftə Əvəzə 100 manat verirmiş. Mən Sabir məllimin yalan danışdığı iddiasında deyiləm, çünkü Sabir məllim üçün kiməsə hər həftə 100 manat vermək, mənim üçün bir stəkan "dənə” almaq, eyni şeydir. Baxmayaraq
...
Читать дальше »
|
İnsan hüquqları üzrə Avropa komissarı Tomas Hammerberq Turan agentliyinin xahişi ilə Azərbaycanda hüquq və azadlıqların pozulması ilə bağlı son faktları qiymətləndirib. O deyib: "Mən son vaxtlar bir çox hüquq müdafiəçisinin, həmçinin yerli və xarici QHT-nin öz fəaliyyətini həyata keçirərkən üzləşdiyi çətinliklərdən narahatam. Bakının mərkəzində Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu də daxil olmaqla, bir neçə QHT-nin yerləşdiyi binanın dağıdılması məni xüsusilə narahat edir.
Bu, avqustun 11-də axşam binanın içərisində olanlara ilkin xəbərdarlıq edilmədən baş verib. Sentyabra təyin olunmuş növbəti dinləmələrə kimi bu cür hərəkətləri qadağan edən məhkəmə qərarının olmasına baxmayaraq, ev sökülüb. Həmin QHT-lərin əməkdaşları öz sən
...
Читать дальше »
Категория:
Azərbaycan
|
Просмотров:
1389
|
Добавил:
admin
|
Дата:
21.11.2011
|
|
Orada baş verənlər sanki bir həqiqəti səsləndirir: «Biz zəngin küveytlilər narazıyıq, görün Azərbaycanda insanlar nə düşünür...»
Sizcə Küveytdə nə baş verir? Azı 5-6 min dollar maaş alan zəngin camaat nə üçün etiraza qalxıb parlamenti tutur - orada ki aclıq, səfalət yoxdur?!
Dərin mətləblər axtarmağa dəyməz, orada da eynən bizdəki davadır. Həqiqətsiz yaşamaq olmur, hətta pul-para da kömək etmir, sakitləşdirmir adamı. Küveytli bilir ki, zəngin ölkəsi pulla dənizi ilə bərabər yalan okeanında üzür. Onun ölkəsi geri bir idarəçiliyə, ədalətsiz quruluşa, düzgün olmayan bir yola sahibdir. Harın şeyxlər ölkənin simvoluna çevrilib və əslində Küveyt təbiətin hesabına yağıb-guruldayır. Təbii sərvətlər qurtarsa, aciz bir ölkəyə çevri
...
Читать дальше »
Категория:
Dünyada
|
Просмотров:
1467
|
Добавил:
admin
|
Дата:
21.11.2011
|
| |