Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2013 » Июль » 15 » 8 düşmən qəlpəsini sinəsində gəzdirən Oruc Məmmədovu həbsdə saxlamaq kimin marağındadır?
02:06
8 düşmən qəlpəsini sinəsində gəzdirən Oruc Məmmədovu həbsdə saxlamaq kimin marağındadır?

Bu insanı çoxdan tanıyırdım. Şəxsən olmasa da Xocalı soyqırımı zamanı çəkiliş aparan Çingiz Mustafayevin çəkdiyi kadrlarda görmüşdüm. Həmin videogörüntüdə bir zabit Çingizə qoşulub, ağlaya-ağlaya şəhidlərimizin meyidlərini vertalyota daşıyırdı. Çox ağrılı kadrlardır. O hadisədən 20 il keçməsinə baxmayaraq, yenə də o görüntülərə baxa bilmirəm.

Həmin kadrlarda qalın "buşlat” geyinmiş bu zabit uzun illər yaddaşımdan silinmədi. Yadımdadır, o zaman – ilk dəfə bu kadrlara baxanda düşündüm ki, insan müharibənin hansı dəhşətlərini, hansı iztirablarını, hansı üzüntülərini görməlidir ki, bu qədər cansız bədənin, narahat ruhun içərisində hərəkət edə bilsin, sabahı düşünsün? Hələ o adamı özlüyümdə qəhrəman kimi də dəyərləndirmişdim. Azərbaycan ordusunda bu cür döyüşçülərin olması o ümidsiz günlərdə az da olsa mənə ümid vermişdi - əgər hələ belə oğullarımız varsa, Azərbaycan yıxılmaz.

Düz 20 il sonra adını bilmədiyim o zabitin ailəsilə tanış oldum, təsadüfən. İş elə gətirdi ki, "30 İyun Sevgililər günü” gəzintisinə qoşulan bir xanım diqqətimi çəkdi. Çox nəzakətli, şəhidlərə hiss olunacaq dərəcədə hörmətli münasibəti istər-istəməz kənardan belə müşahidə olunurdu. Maraqlandım. O zaman, "Mən Qarabağ qazisi Oruc Məmmədovun həyat yoldaşıyam” dedi və biz tanış olduq. Zaman-zaman Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərimizdən, onların fədakarlığından danışdıq. Söhbət əsnasında məlum oldu ki, Qarabağ döyüşlərində fədakarcasına vuruşan, qrad üzrə mütəxəssis, hərb sahəsində böyük təcrübəyə malik Oruc Məmmədov hazırda həbsdədir. Özü də  etmədiyi, törətmədiyi cinayətə görə, ən ağır cəzaya məhkum olunub – 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Azərbaycanın hüquq, ədliyyə sisteminin nə cür vəziyyətdə olduğundan xəbərdar olduğum üçün bu xəbəri də ürək ağrısı ilə qarşıladım. Niyə? Nə üçün? Niyə bu məmmləkətin mərd, cəsarətli, sözü, özü bütöv oğulları min bir bəhanə ilə həbsə atılmalıdır? Niyə onlara ən ağır cəza kəsilərkən, ən azı döyüş xidmətləri nəzərə alınmamalıdır? O.Məmmədovun həyat yoldaşı ilə söhbətimdə bu sualları ona da verdim.  O isə bir anlıq düşüncələrə dalıb, qəhərli səslə danışmağa başladı: "Sizi inandırım ki, həyat yoldaşım olduğu üçün demirəm, Oruc çox mərd, cəsur insandır. 1991-ci ildə müharibəyə gedəndə 28 yaşı vardı. Biz həyatımızı başqaları kimi yaşamamışıq. Bunca illik ailə həyatımızı nəzərə alsaq, heç il yarım bir yerdə yaşamadıq. Atəşkəsə kimi döyüşlərdə olub. Xocalı faciəsi zamanı meyidlərin daşınmasında çoxları iştirak etməkdən imtina etdilər, Oruc birinci ora yollandı. Hər bir meyidi qucağında, ruhunda daşıdı. Çox sonralar deyirdi ki, "Xocalı şəhidlərinin ruhu məni rahat buraxmır. Onların ruhlarını canımda hiss edirəm”. Özünə yer tapa bilmirdi. Qarabağ müharibəsindən ona qalan xatirəni - 8 qəlpəni bu gün də sinəsində gəzdirir. Dəfələrlə "Milli Qəhrəman” adı vermək istədilər, imtina etdi ki, "torpaqlarımızı tam işğaldan qurtarmayana qədər mən o adı üstümdə daşıya bilmərəm”. Amma yenə də döyüşlərdə göstərdiyi misilsiz xidmətlərə görə, bir neçə dəfə fəxri mükafata layiq görülüb. Dünyanın düz vaxtı - silahlar susanda Orucu gözləmədiyimiz yerdən, arxadan vurdular. O cür iğid oğulu şər və böhtana qurban verdilər. Hakimlər ona verəcəkləri hər il üçün bizdən 3 min manat istədilər. Bizdə o qədər pul haradan idi? Oruc bütün həyatı boyu döyüşlərdə olmuşdu, bu gün yüksək vəzifə daşıyanların çoxu paytaxtda özünə iş quranda Oruc düşmən gülləsinin altında döyüşürdü. Pul qazanmaq ağlına belə gəlmirdi. Kim ki, həmin pulu tapıb verdi, hamısını buraxdılar. Əsl cinayəti törədənlər azadlıqdadırlar, Oruc isə içəridədir”.

Düzü Qarabağ qazisinə olan bu münasibəti millətimə, dövlətimə yaraşdırmadım. Çünki müharibə aparmaq, işğal altında qalan torpaqlarımızı düşmənlərin əlindən almaq niyyətində olan bir dövlət, Qarabağ döyüşlərində iştirak edən cəsur və mərd oğullarımızı olmazın şər-böhtanlarla həbsə atdırmamalıdır. Əksinə belə canlı qəhrəmanlar cəmiyyətdə elə mövqe tutmalıdırlar ki, gənclərimizə nümunə olsun. Yoxsa, sabah hansı gənci, yeniyetməni döyüşlərə çağırmaq olar? Lap elə məcburi aparsalar belə, onlar da Oruc Məmmədov kimi döyüşəcəklərmi, əgər ürəklərində "nə mənası var” düşüncələrilə yaşayırlarsa?.. O.Məmmədovun həyat yoldaşına mənasız təskinlik verməyə çalışmadım. Bu böyük ürəkli qadının, O.Məmmədovun toy günündən sonra üzünü görmədiyi qızının, nəvəsinin gözlərinə baxa bilmədim. Bu dəfə təskinliyi qadın özü mənə verdi, "Mən inanıram, Prezidentimizə çox inanıram. Ramil Səfərov kimi qəhrəman oğlumuzu düşmənlərin caynağından qurtarıb, Vətənə qaytaran Prezident, inanıram ki, Oruc Məmmədov haqqında eşitsə, onu da namərd məmurların əlindən qurtarıb ailəsinə, Vətəninə qaytaracaq. Oruc hələ bu Vətən üçün vuruşmağa qadir oğuldur.”

Bu səmimi ailə ilə mehribanlıqla ayrıldıq. Amma uzun müddət nə qadının, nə də övladlarının gözlərindəki ümid işartıları yadımdan çıxmadı. Sanki o işartılar mənə də ümid verdi. Nə bilmək olar. Bəlkə doğrudan da Xocalı soyqırımını dünyaya tanıdan Prezident və xanımı Xocalının qanlı faciəsini çiyinlərində və ruhunda daşıyan Oruc Məmmədovun həbsdə qalmasına rəvac verməyəcəklər?   


M.QİSURİ

Категория: İnsan hüquqları | Просмотров: 1529 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus