Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Март » 9 » Ana dili uğrunda şəhid olmuş professor Novruzəli Məmmədovun doğum günüdür
20:45
Ana dili uğrunda şəhid olmuş professor Novruzəli Məmmədovun doğum günüdür
Hər il mart ayının 10 talış ictimaiyyəti ana dili uğrunda şəhid olmuş, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri, "Tolışi Sədo" qəzetinin baş redaktoru professor Novruzəli Məmmədovun doğum gününü qeyd edir.

Bü münasibətlə talış fəalları sabah boyük Novruzəli müəllimin doğma kəndində onun məzarını ziyarət edəcəklər. 

Face sosial şəbəkəsində bu münasibətlə ictimai-siyasi xadimlər, fəallar, sıravi talışlar və digər xalqların nümayəndələri öz fikirlərini bölüşür, Azərbaycanda hökm sürən avtoritar rejim tərəfindən Novruzəli Məmmədovun ailəsinə qarşı həyata keçirilən terroru pisləyir və cinayətkarların cəzalandırılmasını tələb edirlər. 

TALISH.ORG həmin statusların bir qismini oxucularıla bölüşür:

Leyla Yunus
Sabah - martın 10-u Novruzəli Məmmədovun doğum günüdür. Əgər onu həbsdə ölümə aparıb çıxaran işgəncələrə məruz qoymasaydılar onun, yeganə azərbaycanca-talışca-rusca lüğətin və çoxlu sayda digər elmi əsərlərin müəllifinin 72 yaşı tamam olardı. Avtoritar rejim Novruzəli müəllimlə birgə onun iki oğlunu da məhv etdi. Allah rəhmət eləsin! Heç kəs bu cinayətlərə görə məsuliyyətə cəlb edilməyib. 




Mehdi Safarov
Talışın əbədiyanar məşəli

Hamı kimi, bir ürəyi var idi Novruzəli Məmmədovun!
Hamı kimi onun da ürəyi çox lazım idi Novruzəli Məmmədova!
Köksündə çırpınan bu ürək həyat mənbəyi idi ONUN!
Axı, bilə-bilə, niyə etdi bunu O?
Onsuz da, hər tərəf qaranlıqdır!
Bu səssiz-səmirsiz zülmətdə bir insan iniltisinin hıçqırıqlarından başqa heç nə eşidilmir...
Axı, niyə barmaqları ilə köksünü yırtıb, ürəyini qopartdı O?
Ürəyini qopartdı, amma yerə yıxılmadı O!
Qaldırdı başının üstünə əlində tutduğu qanlı ürəyini O!
Od tutdu, alovlandı əlində tutduğu ürəyi ONUN!
İşıqlandı hər tərəf, ətrafa nur səpələndi!
Birdən alovlanan bir ürəyin işığında adamlar görünməyə başladı...
...Yanan alovun işığından gözlərini döyən boynubükük, lal-dinməz dayanan adamlar! 
Başının üstündə tutduğu alovlanan ürəyi ilə hərəkətə gəldi O. 
Çaş-baş qalan kütlə şölələnən ürəyin uzaqlaşdığını görcək təşvişə düşür... 
... Və birinci addımlarını atırlar, ... ikinci, üçüncü addımlar atılır! 
Kütlə hərəkətə başlayır... O irəlilədikcə, insanlar da arxasınca gedir...
O, Novruzəli Məmmədovdur! Hamı kimi bir ürəyə sahib olan Novruzəli! 
Hamı kimi etməyən Novruzəli!
Çıxartdı köksündən, od vurdu, əbədi bir məşəl etdi ürəyini Talış xalqı üçün O!
Talışın əbədi yanan məşəlidir – Novruzəli Məmmədov!
1000 illər boyu Talış xalqının başı üstündə yanacaq bu məşəl!
72 il də bu illərdən biridir! Mübarəkdir doğum günün, ey xalqımın əbədiyanar məşəli!

Eldəniz Quliyev
Mən öz adımdan, Azərbaycan Ziyalılar Birlıyi və azadlıqsevər hər bir azərbaycanlının adından Novruzəli müəllimin ailəsini, onun mənsub olduğu xalqı o böyük şəxsiyyətin anadan olmasının 72 illiyi münasibəti ilə təbrik edirəm! 
Allah-Təala ulu talış xalqının nadir şəxsiyyətlərindən və ləyaqət simvollarından olan Novruzəli müəllimə rəhmət eləsin!





Исмаил Шабанов
Sabah əzizimiz, hörmətli professorumuz Şəhid Novruzəli Məmmədovun təvallüd günüdür. Böyük Novruzəli Məmmədovun doğum günü ümumbəşər övladı üçün mötəbər və yaddan çıxmayan bir gün hesab edilməlidir. Bildiyimiz kimi Novruzəli Məmmədov özünü insan hügugları naminə, gələcək övladlarımızın talehi naminə qorxmadan qurban verdi və zindanda işgəncələr nəticəsində qəhrəmancasına şəhid oldu. Novruzəli Məmmədovun adı xalgımızın və dünya xalglarının tarixinə ana dili uğrunda şəhid övlad kimi daxil olmuş və həmişə böyük ehtiramla yad ediləcəkdir. Allah Novruzəli Məmmədovu rəhmət eləsin və ruhu daim şad olsun


Ataxan Əbilov
Sabah - mart ayının 10-u Əliyevlərin həbsxanasında vəhşicəsinə qətlə yetirilən professor Novruzəli Məmmədovun doğum günüdür. Avtoritar Əliyev rejimi Novruzəli Məmmədovu qətlə yetirilməklə kifayətlənmədi, onun ailəsinə qarşı teror aktı həyata keçirərək iki övladını - oğulları Kamran və Emil qətlə yetirdi. Tənha qalmış ana təqiblərdən yaxa qurtarmaq üçün Vətəni tərk etmək məcburiyyətində qaldı. Hazırda Məryəm ana Nederland Krallığında mühacir həyatı yaşayır.



Ali Hacili
20-ci yüz illiyin sonu 21-cinin əvvəlləri Azərbaycana bəlkə də tarixinin ən böyük bəlası üz verdi. Qarabağ müharibəsi, Xocalı soyqırımı (faciesi).Və bunlardan da dəhşətli olan əliyevlərin şaumyan veəiyyetinə əməl edərək daxili soyqırım yapması. Diqqetle baxanda görürük ki, Xocalı və ümumqarabag faciəsində Şəhid olanlarımızın sayından bir neçə dəfə çox rejimin qəzəbinə tuş gəlib, zülm və işgəncələrə məruz qalan ve sonda dözməyib Şəhid olanlarımız var. Qocalı, cavanlı. Bu Şəhidlərimizdən biri də dilçi alim Novruzəli Məmmədovdur. Əliyevlər rejimi bu qocaman, ağsaqqal professora qarşı faşistlərdən də amansızcasına, əsil erməniliye xas olan münasibət bəslədilər. Qoca və xəste insanı həbsxanada işgəncələrə məruz qoyub, Şəhid etdilər. Onun tifaqını viran qoydular. Iki oğlunu da Şəhid edib, bir ziyalı ailəni məhv etdilər. Bu antibəşəri əməl tək cinayətkar rejimin yox eyni zamanda ölkənin bütün ziyalılarının ve ağsaqqallarının da üz qarasıdır. Cinayətkar tayfa vətəndaşların biganəliyindən, ziyalıların mütiliyindən istifadə edib Vətənimizdəki bütün millətlərə qarşı sözün əsl mənasında daxili soyqırım elan edib. Unutmayaq ki, rejimin cinayətlərində hamımız susmaqla ishtirak edirik. Xüsusilə də ağ saqqallarımız və ziyalılarımız. Deyirlər şəhidlər ölmür. Ona görə də mən Novruzəli müəllimə müraciət edirəm: Sabah Sizin dünyaya gəldiyiniz gündür. Əgər rejim Sizi Şəhid etməsəydi, indi Sizi növbəti ad günü münasibəti ile təbrik edib, Sizə və ailənizə xoş günlər arzu edirdik. Indi isə deyirik: Qəbrininz nurla dolsun, ruhunuz şad olsun, Şehid professor. Allah Size və Şəhid edilmiş oğullarınıza rəhmət eləsin. Vətəndaşlarımıza qeyrət və qüvvət versin ki, Sizlərin ve rejim tərəfindən Şəhid edilmişlərin qisasını ala bilsin. Amin!


Hashim Kelbiyev
Sabah böyük dilçi alim, hünərvər insan, xalqının və millətin fəxri Novruzəli Məmmədovun təvəllüdünün 72-ci ildönümüdur. Ruhu şad olsun. ALLAH rəhmət etsin. AMİN. Bıjyo Tolış!






Ali Aghayev
Azsayli ve ya coxsayli olmağindan asili olmayaraq hər xalqın ziyalısı hörmətə ve ehtirama layiqdir. Əger ziyali fədakar olursa, xalq onu unutmur ve unutmağa haqqı yoxdur. Rəhmətlik Novruzəli Məmmədov Talış mədəniyyət mərkəzinin sədri və Elmlər akademiyasının məsul işcisi, professoru kimi Azərbaycana ve Azərbaycan xalqına xidmət edən belə ziyalı idi. Yazıqlar olsun ki, Əliyev rejimi Onu və bütün ailəsini qətl etdi. Allahdan Novruzəli müellimə və övladlarına rəhmət diləyir, Vətənindən didərgin salınmış Məryəm xanıma təsəlli verirəm.



Ali Rzayev
İslam peyğəmbəri, aləmlərə rəhmət peyğənbər olan Hz. Məhəmməd (sə as) demişdir: "Alim öldü aləm öldü". Görəsən Ustad, Şəhid Novruzəlinin tifaqını dağıdanlar qiyamət günü Allaha nə cavab verəcəklər? Qorxun, qorxun o, gündən ki, kafirlər deyəcəklər: "Bizi yatdığımız yerdən kim qaldırdı, Ey! Kaş torpaq olaydım".





Seyran Rafiyev
Novruzəli müəllim şəhiddir! Mövcud rejimin haqsız, ədalətsiz represiya maşınına qarşı mübarizə aparan və nəticədə bu amansız rejimin qəzəbinə tuş gələn günahsız, fədakar bir İNSANDIR. Öz ana dilini, Talış mental xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini qorumaq uğrunda mübarizə aparıb bu yolda həyatını itirən insan o xalqın - Talış xalqının ləyaqət simvolu kimi, əbədi olaraq qədim talış xalqının emosional yaddaşında və tarixində əbədi yaşayacaq! Öz həyatını, ömrünü xalqı üçün qurban vermiş İNSAN xalqın ürəyində öz heykəlini ucaldır və Novruzəli müəllim belə həmişəyaşar heykəllərdən biridir. Novruzəli müəllim haqda yaddaş mövcud olduqca onun özü də əbədi yaşayacaq. Allah rəhmət eləsin! Allah Talışı Novruzəli Məmmədov ucalığında hifz eləsin! Amin!

Rabil Abdinov
"Tolışi Sədo” qəzetinin baş redaktoru və Respublika Talış Mədəniyyət Mərkəzinin sədr müavini d-r. Novruzəli Məmmədov 66 yaşında həbs ediləndən bir müddət sonra MTN-ə aparılır və istintaqın ilk günündə müstəntiq ondan geyindiyi dəri gödəkçəni neçəyə aldığını soruşur. Sonra "talış hara, mersedes hara” deyə onun istifadəsində olan köhnə alman avtomobilinə işarə edir. Bu fikirləri ilə müstəntiq talışların iqtisadi cəhətdən minimal imkanlara belə sahib olmamalı olduğuna işarə edirmiş. Sonra müstəntiq Novruzəli müəllimin qalustukundan tutub sifətini stola çırpır və əllərini stola dirəyən vəziyyətdə olan Novruzəli müəllimin barmağına əks tərəfdən yumruqla zərbə endirərək baş barmağını sındırır. 
MTN-də istintaq altında olanda Novruzəli müəllimə elementar fizioloji tələbatlarını ödəmək üçün belə şərait yaradılmır. O prostatitdən əziyyət çəkirdi. Ona vaxtında ayaqyoluna getməyə belə imkan yaradılmır. Hətta o vaxtında və minimal qida ilə belə təmin olunmur. Ona bəzən qəndqabının dibində yığılan şəkər qırıntısı və tozunu adi su ilə yemək əvəzinə verirmişlər.
Novruzəli müəllim məhkəmədəki çıxışında istintaq zamanı ona edilən fiziki və mənəvi işgəncələri hesaba almayaraq heç olmazsa istintaq orqanları tərəfiindən nümayəndəsi olduğu talış xalqının təhqir olunmasına münasibət bildirməyi hakimiyyət orqanlarından tələb edirdi. Lakin onun istintaqını aparan və ona fiziki və mənəvi işgəncə ilə yanaşaı onun xalqını belə təhqir edən müstəntiq rayonlardan birinə məhkəmə hakimi təyin olunur.
Məhkəmədən sonra isə həbsxanaya ilk gətirilən gün güya həbsxana paltarını geyməkdən imtina etdiyi üçün karserə göndərilir. Halbuki həbsxana qanunlarına görə bu yaşda adama karser cəzası verilə bilinməzdi. Qışın günündə pəncərəsinin şüşəsi olmayan karserdə soyuğa dözməyən qoca alt köynəyini soyunub başına bükür. Yaşla əlaqədar saçları töküldüyü üçün ona belə soyuq yerdə papaqsız qalmaq çox əzabverici idi. Hətta əynində də fəslə uyğun paltarı yox imiş ki heç olmazsa üşüməsin. Karserdən çıxanda artıq beyinin qan dövranı pozulur, lakin xəstəxanaya o zaman köçürülür ki, artıq insult olur. Beləliklə, nə 36 yaşlı oğlunun olümü, nə də keçirtdiyi insult onu həbsdən azad etməyə əsas vermir və Novruzəli müəllim həbsxanada şəhadətə çatır.
Novruzəli Məmmədovun başına gətirilən bu faciə həm də talış xalqının başına gətirilən faciə və talış xalqının təhqir olunması hesab olunmalıdır. Azərbaycan dövləti nə vaxsa bu faciəyə görə talış xalqından üzür istəməlidir. Bu faciəyə səbəb olan məmurlar ağır şəkildə cəzalanmalıdır.
İlahi! Novruzəli müəllimin qatillərinə Kərbəla şəhidi qoca Həbib ibn Məzahirin qatillərinin teleyini yaşat! Onun qatillərinə peyğəmbərin, mələklərin və bütün saleh insanların ləhnətini, ləhnətini və yenə də ləhnətini göndər!

Rafiq Celilov
Xosə Tolışon!
Maşki, marta manqi 10-də çı Tolışə xəlği yolə alimi, ıştə umri bəştə milləti həsr karde zınə USTODi, "Tolışi Sədo" rujnomə sərredaktor, Respublika Tolışi Mədəniyyət Mərkəzi sədr, professor, şəhid Nəvuzəli Məmmədovi 72 sin təmom bedə. Bə qornə əmə, Respublika Tolışi Mədəniyyət Mərkəzi uzvon iyən "Tolışon Sədo" rujnomə koəkəon Ostoro rəyoni Arçon diədə USTODi ğəvi ziyarət bəkardemon. Həmmə Tolışə patroton bı ziyarət dəvət kardedəmon....
Imruj, saat 15:00-də şəhri Bokuədə qırdə bedəmon, qırdə bedəmon ki, bo maşki tədbiri ıştə təklifon bıdəmon...
Tolış, bəştə zoon soyb beşi, əvoni hiç vaxt çı yodo beməkə... 
Qıləy çıyən hiç vaxti çı yodo beməkə: Tı, bəştə milləti, bəştə zıvoni çənnə ve hurmət bıkəş-co millətonən ənnə bətı hurmət bəkarden, ıştəni erjon məzın, ıştəni erjon zınəkəs rə-di exroc bedə...


Sabir Shindani
Əmə tolışimon, deştə nomi fəxr kardedəmon, çəmə cəddonən hejo fəxr əkəyn. Çəmə şəhidə alim, əzizə Hovruzəli Məmmədov ıştə elmi jimoni bə Tolışə zıvoni həsrış karde, Tolışi zıvoni barədə yolə kitobış nıvışte, sıvoy luğəti. Əncəx ım kitobi bə tolışə milləti ğənim bıryə hukumət məhvış ka. Çand soron zəhmət şe, puç be. Novruzəli muəllimiən həbs kaşone çəy sape de şər ğande. Kıştışone həbsxonədə çəmə ruşnəfiki, ha xosə tolışon! Im jıgo bızın kan be, çəy zoon deynən kıştışone. Mande Məryəmə inə tənho, əvən diəroədə Niderlandədə. Yani Tolışə xəlği yodo bebəşe ım faciə? Zındənim. Əmma bovə kardənim ki, jıgo bılındə mədəniyyəti soyb bə Tolışə millət ım faciə yodo bekəy...
Xıdo Şıməni qəni-qəni rəhmət bıko, yodədə çımə nomi əziz bıqətəmon, Çımə vırə, əlbəttə ki, vəyşte, çımçoko bo xəlği ıştəni ğıbomn doə kəsi vırə çı Xıdo vəyşte...

Mətləb Pero 
Mısolmonon mığəddəsə Gıron votedə ki, "ALİM MARDE - ALƏM MARDE!"...
Məsələ ıme ki, XIDAVƏNDİ-ALƏMİ ofəyə kardə insoni, bəy qıləy coni ğarzış hese.
Co məsələn hesde ki, insoni bəşdə coni ğəsd karde, Xıdo tono ve qınoe.
Çəmə əzizə peyğəmbəri votəşe ki, "Bə zülmi sə enomnəkəs, bə zülümkari bərobəre".
Rəhmətlik professor Nəvuzəli Məmmədov bı zülmkorə sülalə hukuməti be bəsə dənoşe ki, "Az ışdə Tolış milləti Konstitutsiya hüquqon tələb kardəm, həmonnə huquqon ki, ım Azarbaycani (Bazarbaycan az votdəm) Avropə təşkiloton vədə kamə-milləton hüquqon barədə öhdəliqonış peqətə...
NOVRUZƏLİ MUƏLLİMIŞON TÜRMƏDƏ DE ZÜLMİ KIŞDEŞONE, ƏÇƏY DIQLƏ NÜPERƏSƏ ZONƏN IM SULALƏ HUKUMƏTİ KIŞDEŞE.
BI ZÜLMİ - XIDO BƏLO VOTE ƏBINİ, IM ƏNCƏX ƏSRİ FACİƏYE!
TOLIŞ, IM FACİƏ ÇI YOD BEMƏKƏ!
XIDO NƏVUZƏLİ MUƏLLİMİ RƏHMƏT BIKO! AMİN!


TALISH.ORG

Категория: Талыш xəbərləri | Просмотров: 2446 | Добавил: admin | Рейтинг: 5.0/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus