Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Tərəfdaşlar

Top

Azərbaycan prezidenti administrasiyasının başçısı niyə ölkənin köklü xalqlarını dəfn etmək istəyir?
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
Talış batalyonları Qarabağ müharibəsində (Sənədli kadrlar internetdə)

Statistika

Главная » 2012 » Январь » 31 » Apardığım bir araşdırmanın nəticəsini açıqlayıram
22:54
Apardığım bir araşdırmanın nəticəsini açıqlayıram
"Azərbaycanda vicdan məhbusu yoxdur” deyənin özünün vicdanı yoxdur

Əliyevçi rejimdən söz düşəndə aktuallıq qazanan atalar sözlərindən biri, bəlkə də birincisi "Yalançının yaddaşı olmaz” deyimidir. Düzdür, bunlar "milli yaddaş” sözünü çox sevirlər, bu ifadəni tez-tez təkrarlayırlar, amma özlərinin ciddi hafizə problemi var. Məsələn, üç-dörd gün bundan əvvəl Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında ölkədə 14 vicdan məhbusu olduğunu qeyd edib. Əlbəttə, vicdan məhbuslarının sayı daha çoxdur, amma yenə də adam Allaha şükr eləyir ki, Seyidov ağlını bir vaxtlar Strasburqda yoxa çıxan kürkü ilə bərabər itirməyib, "Nə? Vicdan məhbusu? Özü də Azərbaycanda? Nə danışırsınız? Ola bilməz! Mümkün deyil! Azərbaycan demokratiyanın beşiyidir. ”Azərbaycanda vicdan məhbusu var” deyənin tutub ağzını cırarıq” janrında vay-şivən qoparmayıb.

Dünənsə bunların təyinatlı parlamentinin rəhbəri Səfa Mirzəyev elə-beləcə də dedi: "Araşdırma apardıq, Azərbaycanda vicdan məhbusu yoxdur”.

Buyurun, iki rejim sözçüsü və ortadakı analoqu olmayan təzad. Biri 14 vicdan məhbusunun varlığından danışır, o biri isə ölkədə yerli-dibli vicdan məhbusu olmadığını deyir. Doğrudan da, yalançının yaddaşı olmazmış.

Yalançıların yaddaşını təzələmək olmasın, keçən il bu vaxtlar idi. Ərəb diktatorları bir-birinin ardınca dombalaq aşır, illərdir bir nəfərin zülmü altında inləyən xalqlar qollarındakı əsarət qandallarını qırıb atır, Azərbaycanda da "ərəb baharı”nın xoş nəfəsi hiss edilməyə başlayırdı. Yaptokratların rəngi-rufu ağarmışdı, özlərini itirmişdilər. Belə günlərin birində Ilham Əliyev çıxdı, elə beləcə də dedi: "Korrupsiya alnımızda böyük ləkədir”.

Halbuki, bundan əvvəl "Azərbaycanda korrupsiya yoxdur” deyirdilər. Azərbaycanın adının nüfuzlu beynəlxalq təşkitların korrupsiya reytinqlərinin başında gəlməsini top-tüfənglə qarşılayır, "böhtandır, yalandır, ermənilərin işidir” deyib, əllərinin arxaları ilə geri çevirirdilər.

Biz yalançının yaddaşının olmadığını o günlərdə bir daha anlamışdıq, dünən yenə anladıq.

Qayıdaq Səfa Mirzəyevin açıqlamasına. Adamın gətirdiyi arqumentə baxın: adları "vicdan məhbusu” kimi çəkilənlər Cinayət Məcəlləsinin maddələri ilə ittiham edilirmiş! Guya camaat çörəyi qulağına yeyir, guya heç kim bilmir ki, Azərbaycan kimi qapalı, ədalətsiz rejimlərdə kimisə həbsxanaya atanda məhkəmə hökmünə onu məhz fərqli fikir səsləndirdiyinə, müxalif düşüncəsinə, tənqidçi mövqeyinə görə cəzalandırdıqlarını yazmırlar, sadəcə, Cinayət Məcəlləsinin dəxlisiz maddələrini işə salırlar, şərləyir və qandallayırlar.

Onsuz da artıq belə çeynənmiş "arqument” heç yerdə işləmir, ağlı başında olanlar bu "arqument”ə gülüb keçirlər, bu "arqument” sahiblərinə nifrətlə və ikrahla baxırlar. Səfa Mirzəyevin timsalında yaptokratiya isə hələ də bu cür nağıllarla özünü sudan quru çıxaracağını düşünür. Allah evini tiksin, indi heç uşaqları onları hacıleyləklərin gətirdiyinə inandırmaq olmur, sən bu boyda dünyanı "biz onları fərqli fikrinə görə həbs etməmişik, şüşə qırdığına görə tutmuşuq” yalanı iləmi aldatmaq istəyirsən? Bunu evdə nəvələrinə danış, gör heç onlar inanacaqlarmı?

Mənə ən gülməli görünən isə təyinatlı parlamentin aparat rəhbərinin "Azərbaycanda vicdan məhbusu yoxdur” qənaətinə "apardıqları araşdırma nəticəsində gəldiklərini” söyləməsi oldu. Araşdırma aparıblarmış... Bəsdirin, siz allah! Nə araşdırmabazlıqdır? Prezident Administrasiyasının bir şöbəsinə çevrilmiş, Ilham Əliyevin, Ramiz Mehdiyevin iki dodağının arasından çıxan bir kəlmə sözə tabe olan parlamentin nə həddinədir araşdırma aparmaq? Kimə kələk gəlirsiniz axı? Sizin yuxarıdan qulağınıza pıçıldanan sözü ucadan təkrarlamaqdan başqa hansı səlahiyyətiniz, ixtiyarınız var?

Amma bir halda ki, siz araşdırma apararaq Azərbaycanda vicdan məhbusu olmadığı qənaətinə gəldiyinizi belə israrla gözümüzə soxmağa çalışırsınız, o zaman mən də buradan uzun müddətdir apardığım bir araşdırmanın nəticəsini açıqlamağı boynumun borcu hesab edirəm: "Azərbaycanda vicdan məhbusu yoxdur” deyənin özünün vicdanı yoxdur!"


Elnur ASTANBƏYLİ,
Azadlıq Qəzeti 


Категория: İnsan hüquqları | Просмотров: 960 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Onlayn TV

Xəbər xətti

''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus 
MTN-nin bir ailənin başına gətirdiyi faciə 
Журналист Гилал Мамедов пожаловался на давление со стороны полиции Баку 
Hilal Məmmədov Nizami polisində təzyiqlərə məruz qaldığını bildirib 
Rövşən Canıyevin ölümü və referendum oyunları 
Davam etməkdə olan faciələrimizin sirri nədir? 
Məhv olan Talış toplumu və dili – Mədəniyyətimizi necə qoruyaq? 
Masallıda zülüm ərşə dirənib 
Veri kəndi ətrafında minlərlə nadir növlü ağaclar qırılır 
“Xəzər Lənkəran"ı nəyə görə dağıdıblar? 
Respublika Talış Mədəniyyət Mərkəzinin hesabat seçki konfransı keçirilib 
Qədim azəri dilinin yadigarı – Talış dili 
Талышское слово "по" (стопа, ступня, ходьба) в виде морфемы в современных индоевропейских языках