Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2010 » Декабрь » 3 » Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası...
13:17
Aprelin 30-da Dövlət Neft Akademiyasının qarşısında keçirilən anım mərasimi və pişnamazın duası...


Bir ali məktəb müəllimi  kimi, mən də bir il öncə terror nəticəsində şəhid olmuş tələbə və müəllimlərimizin həmin an mərasimində tələbələrimlə birgə iştirak etməyi öz mənəvi borcum saydım.  Tələbələrimi əvvəlcədən qəti şəkildə xəbərdar etmişdim ki, heç bir şüarçılığa yol vermədən, 30 aprel saat 13-00-ə  təyin olunmuş 1 dəqiqəlik sükutdan sonra  dağılışmalıyıq. Təxminən 12-55 olardı. Təsadüfən, metronun “28 may” stansiyasından çıxan deputat Pənah Hüseyni gördüm və onunla görüşərək C.Cabbarlı heykəlinin yanına gəldik. Jurnalistlərin əksər gismi Neft Akademiyasının binasının tinində  yığışan tələbələrin çəkilişində ikən, birdən arxamızada  orta yaşli bir şəxsin hoppanaraq “Azadliq!”(???) deyib yerə çırpıldığının və dərhal da onu əhatəyə alan bir qisim polis və mülki geyimli şəxslərin onu qarşımızda duran avtobusa atdıqlarının şahidi olduq.  Maraqlısı bu idi ki yalnız bir mülki geyimli şəxs onu diqqətlə videoya çəkirdi. Jurnalistlər Akademiyanın binasının tinindən o avtobusa çatanacən qapıları bağlandı. Mən təəcübümü gizlətməyib, Pənah bəyə “Güman ki o  onların öz adamları idi” ifadəsini tamamlamamış, mülki və polis geyimli adamlar az qala  üstümüzə cumaraq, “müəllim, bizim işçilərə şər atmayın!” dedilər.  “Qoy, bir deputat kimi Pənah bəy bunu dəqiqləşdirsin!”,  fikrimə də məhəl qoymayıb, bizi o avtubusdan uzaqlaşdırdılar. Artıq 13-00 tamam olmuşdu və şəxsən mənə 100 % aşkar oldu ki, bu dinc AN mərasiminə nəinki imkan  verilməyəcək, hətta, mərasim iştirakçılarının kütləvi həbsinə başlayacaqlar. O vaxt eşitdim ki, təhsil naziri Misir Mərdanov Akademiyanın binasında bir gisim müəllim-tələbələrlə AN mərasimini qeyd edirlər. Əlbəttə ki, şəxsən yaxşı tanıdığım  Misir müəllimin bu təşəbbüsüni alqışlamaqla yanaşı, onunla görüşüb bəzi sual və fikirlərimi bölüşməyə çalışsam da, bizi o tərəfə buraxmadılar. Polis və mülki geyimli şəxslərin sıx dəstəsi bizi metronun “28 may”stansiyasına tərəf sıxdı. Metroya giriş pulsuz elan edildi və çıxışa icazə verilmədi. Bizə dəfələrlə xəbərdarlıq edilsə də,  Pənah bəylə birgə bir neçə dəqiqə stansiyanın  bayırında durduq.  Məqam düşən kimi bu polis-mülki geyimlilərin dəstəsini yararaq, S.Vurgun bağına tərəf gedərkən, tələbə və gənclərin zorla maşınlara otuzdurulub apardıqlarının şahidləri olduq. Bir qızı zorla onların pəncələrindən qoparda bildik. Onu ona görə tutub aparırdılar ki, o, Akademiyanın binası qarşısına qoya bilmədikləri gülləri asvaltın kənarlarında  düzməyə cəhd edirdi və  polisin “ay qız, yeri zibilləməyin!” fikrinə etiraz edərək,  “Gül bayramında belə deməyə cürətin çatardımı? Heç olmasa, şəhid tələbə yoldaşlarımızın ruhuna hörmət edin!”  demişdi.  

Bu məqamda jurnalistlər Pənah bəylə müsahibə götürərkən, “mülki”lərdən biri  onu arxadan itələmək istədi. Onu saxlayıb, “sən nə edirsən, heç olmasa, bu qədər video-foto çəkilişində bunu etmə!”  dedim. O isə, “o de, 100 metr o tərəfdə  Media mərkəzi var,  nə qədər istəyir, gedib orda müsahibə versin də...” dedi. Güman ki, Pənah bəy də vəziyyətin gərginliyini dərk etmişdi, sürətlə onlardan ayrılmağa məcbur olduq... O, yol boyu elə hey bir fikri təkrar edirdi: “heç nə başa düşmədim, axı, özləri deyirlər ki, bu terrorun arxasında ermənilər dayanıb və əgər tələbə-gənclər bu “terrora yox!” deyib, şəhid  tələbə-müəllimlərinin ruhunu yad etmək üçün  AN mərasiminə yığışıblarsa, daha niyə buna icazə vermirlər, niyə axı  heç-nədən  bu qədər  hay-küy yaradırlar?!”. Ondan ayrılarkən, elə bir saat əvvəl ondan təəcüblə soruşduğum, “Pənah bəy, nə əcəb, səndən başqa  digər bir deputat bu AN mərasiminə qoşulmayıb?”, fikrimi tamamlayıb, “nə vaxta qədər  ki, “xalq nümayəndələri” öz  ümumxalq matəm mərasiminə  bu qədər laqeyd və hətta o “polis-mülkilər” kimi bu qədər vicdansız münasibət bəsləyəcək, hələ belə terrorlar çox olacaqdır...” dedim.  

Metronun “Nizami” stansiyasının  arxasındakı məçitə daxil olub   camaat namazınin xütbəsini aparan  pişnamazın “...Allah bizim dövlətimizi və onun  rəhbərlərini cin və şeytanların hər cür şəri-bəlalarından qorusun... ”   kimi bir dua-şüarını və xalqın “Amin!”nini  eşidib, “göz yaşlarımı görməsinlər, deyə “Ya Rəbbim, haqqını azmış məzlum və zülmkların  münafiq meydanında MÜCAHİD qullarıvı tənha qoyma...”, duamla   səcdəyə  getdim...   

 

Hilal MƏMMƏDOV 

Fizika-riyaziyyat elmləri namizədi,

hüquq müdafiəçisi) 

Категория: Azərbaycan | Просмотров: 1494 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus