Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2011 » Май » 10 » Ostoro Gömrük İdarəsi - “Quantanamo” həbsxanası
19:48
Ostoro Gömrük İdarəsi - “Quantanamo” həbsxanası
Buranın «generalnı qapı»sı və dəmir barmaqlıları var, ancaq rəisi yoxdur

Abıyevlər camaata qan uddurur; 10 kq-dan artıq yükə haqq ödəməlisən; üç mərhələyə dözüb rüşvət verməmək isə hər oğulun işi deyil...


"Bu günü heç düşmənimə də arzulamıram”. Astara (Ostoro) Gömrük Idarəsində bu deyimin nə qədər dəqiq yerində işləndiyini anladım. Talışda idarə "Quantanamo” həbsxanası adlandırılır. Biz də orada olanda bir idarənin həbsxanaya necə bənzədiyinin şahidi olduq. Artıq bir aydır ki, Irana adlamaq istəyənlər gərək dəmir barmaqlılar arasından keçsin. Kənardan müşayiət edən şəxs "Quantanamo”dan xilas olanların sifətində sevincini, hələ də qurtuluş növbəsini gözləyənlərin üzündəki iztirabı aydın sezə bilər. Dəhşətdir, oralar...

Əl cibə girməyəndə


Bilmirəm yazını necə başlayım ki, sizə də xoş olsun. "Bizim Quantanamo” haqda o qədər informasiya əldə etdik ki, sil-süpür etmək çox çətindir...

Astara Gömrük Idarəsinin qarşısına hər gün toplaşıb Irana gedənlər artıq həyatlarından, yaşayış tərzlərindən beziblər. Hətta bəziləri bu cür yaşamağın mümkünsüz olduğunu dilə gətirirlər, ancaq razılaşmaya da bilmirlər. Çünki başqa yerdə iş təminatı yoxdur ki, ora üz tutsunlar. "Quantanamo” başdan-ayağa korrupsiya ocağıdır. Girişdən-çıxışa qədər ortada pul söhbəti var. Günü-gündən də həbsxananın vəziyyəti bilərəkdən ağırlaşdırılır ki, insanlar əzaba dözməyib "kisə”lərinin ağızını açsınlar. Təsadüfi deyil ki, artıq dəmir barmaqlıqlar bir aydır idarənin qarşısında "peyda” olub. Və bu barmaqlıqlar üç mərhələlidir. Çox nadir hallarda adam tapılar ki, hər üç mərhələyə dözüb Iran sərhədinə rüşvətsiz yaxınlaşsın. Bunu bacaran adam da gərək səhər saat 6-da idarənin qarşısında olsun və axşam 16-17-dən sonra tikanlı məftilləri adlaya bilər. Çoxları da bu ağrıya dözə bilmir. Nəticədə qəpik-qəpik yığılan ciblərə axıdılır. Idarədə "Generalnı hesab” deyilən bir "qurum” var. Bir qism adam oranı "General qapısı” da adlandırır. Yəni 20 manat ödəməklə bir anın içərisində o üzə keçə bilərsən. Bu məbləğdən bir az az ödəyənlər isə bir neçə saat yubadılır. Ümumiyyətlə, əllərini ciblərinə salmayanlar Allahın ümidinə qalır. Allahın ümidinə qalanlara həmin gün sərhədi adlamaq nəsib ola da bilər, olmaya da...

Səsini çıxarda bilməzsən. Tanımadığın "mühafizə xidməti”nin əməkdaşları başının üstünü kəsdirir.
Barmaqlıqlar arasında növbə gözləyənlərin ah-vayı, qışqırığı, naləsi, ən sonda etiraz səsini yüksəltməsi belə heç nəyi dəyişmir. Ürəyi gedən kim, təzyiqi qalxan kim. Bütün bunlar kimsəni narahat belə etmir. Talışların öz dili ilə desək "demaqoq” olmasan, vay halına. Gərək bir az hayqırasan ki, sənə hansısa formada şərait yaradılsın. Işi asayişi qorumaq olan, ancaq qoçu yığnağı olan bir qrup şəxs Astaranın ucqar kəndlərində yaşayan, xüsusi seçilmiş enlikürək gənclərdir. Üzərində "mühafizə xidməti” yazılmış gödəkçələr geyinərək insanlara hədə-qorxu gəlirlər. Lap kasıbı, fağırı ayaqlarının altına salıb döyür, gətirdiyi malın hamısını ələ keçirirlər. Yaxınlıqdakı polis idarəsi isə heç nə olmamış kimi hər gün fəaliyyətini davam etdirir...

Hər bir ərzağın özünün "rüsumu” var

Elə gün olur ki, heç 200 nəfər Talış zonasından olan şəxs Irana keçə bilmir (Hər 10 dəqiqədən bir iki-üç nəfər xilas olur). Daimi gediş-gəliş edənlər deyirlər ki, bunu bilərəkdən edirlər: "Bu cür olanda insanlar məcbur olub pul verir. Iran gömrüyü bizə çox şərait yaradır. Düzdür, məhsullarını gətirib onlara xeyir veririk. Ancaq yoxlama zamanı bizi o qədər də incitmirlər. Yubatma çox nadir hallarda olur. Ərzaq alıb Astara tərəfə keçəndə isə ”rüsum" tələb edirlər. Adi bir kağız parçası da vermirlər ki, ödədiyimiz pulun miqdarı ora yazılsın. 10 kiloqrama qədər ərzaqdan "rüsum” almırlar. 10 kq-dan artıq oldu ki, başlamalısan pul paylamağa. Bir ərzaqdan çox gətirsən artıq səndən şübhələnirlər. Hər bir alınan malın özünün "rüsum” qiyməti var. Qiyməti bir az baha olan ərzağa görə çox pul verməlisən. Bildiyimizə görə, Nazirlər Kabinetinin qərarı var ki, 50 kq-a qədər yükü pulsuz gətirə bilərik. Ancaq imkan vermirlər. Addımbaşı pul tələb edilir. Ərzaq sonda elə bir qiymətə sənə başa gəlir ki, onu Astaranın dükanlarından almaq daha sərfəlidir".

Bilərəkdən belə şərait yaradıldığını deyən alverçilər deyirlər ki, bəzi məmurlar hər bir ərzağın Astara gömrük məntəqəsindən buraxılmasında maraqlı deyillər: "Pendir alanda gərək ailə üçün aldığını sübut edəsən. Əgər beş kilodan artıq alsan, deməli, satmağa alırsan və çox vaxt onu əlindən alıb anbara atırlar”.

Gestapo rejimi

Biz idarənin qarşısında olanda o yandan Azərbaycana gələn, dəmir barmaqlıqları görən, iniltini eşidən, ah-vaya qulaq kəsilən iranlılar dəhşətə gəldilər. Onlar belə mənzərə ilə qarşılaşacaqlarını ağıllarına gətirmirdilər. Bizimkilər rüşvət tələb edəndə isə qeyd-şərtsiz verirlər. Ancaq minnət vura-vura təxminən belə deyirlər: "Neyniyək day, nöyütünüz yoxdur. Məcburuq ki, sizləri biz dolandıraq da”.

Irana getməyin ən rahat yolu taksidir. Maşında üç sərnişin götürən sürücü adamına baxıb pul alır. Məsələn, bizim jurnalist olduğumuzu bilməyən, Irana gəzməyə çıxdığımızı eşidən şəxs 100 manata apara biləcəyini dedi. Sonradan öyrəndik ki, 90-a, hətta 75-ə getmək mümkündür. Məlum oldu ki, üç sərnişindən alınan pulun 60 manatı Iran gömrüyünə verilir. Sürücülərdən hələ ki, bizim tərəf ciddi şəkildə pul almır. Ancaq yaxın zamanlarda bu işə də qol qoyulacaq. Belə ki, sığortası olmayan maşınlar hər "reys” üçün 10 manat ödəməli olacaqlar.

"Astara Gömrük Idarəsi əsl gestapodur. Burada insanlarla vəhşicəsinə davranırlar. Söyən kim, döyən kim... Istəkləri odur ki, biz bezək o tərəfə keçməyək. Kimə şikayət edirsən et, heç bir köməyi yoxdur. Əksinə daha çox incidilirsən. Var qüvvələri ilə çalışırlar ki, bizə mane olsunlar. Oradan çox mal keçirə bilməyək” - bu sözlərin müəllifi Bəhram adlı tacirdir.

İdarənin rəisini görmək mümkün deyil

Idarənin rəisinin üzünü indiyə qədər heç bir sadə astaralı görə bilməyib. Qəbul günləri olsa da, kiminsə ora ayaq basması hansısa möcüzə sayəsində bəlkə mümkün oldu. Rəisin müavini isə Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşı, polkovnik Qadir Abıyevdir. Ə.Abıyevin başqa bir qardaşı Vaqif Abıyev də idarədə mühüm vəzifələrdən birində çalışır. Şikayətlərin də ən çoxu məhz Abıyevlərdəndir. Camaat deyir ki, bu iki şəxs onlara qan uddurur.

Başqa vəzifəlilər də insanlarla yola getmir, ancaq...

Astaralıların sözlərinə görə, idarədə işləyən kiçik məmur belə ayda bir maşın dəyişdirir: "Ayda 200-300 manatlıq evdə kirayə qalan, hər gün bahalı restoranlarda şam edən şəxs hökumətin pulu ilə necə dolana bilər?”.
Sual olduqca maraqlıdır və cavabı bizə bəlli olmadığı üçün aydınlıq gətirməyi aidiyyəti qurumların öhdəsinə buraxırıq...

Kiçik sözardı...

"Quantanamo”dan reportaj hazırlayarkən mülki geyimlilər şəkil çəkməyimizə mane olmağa çalışdı. Fikirlərini "əgər şəkil çəksəniz, gəlib sizi aparacaqlar. Üzərinizə çəkdiyiniz şəkilləri başqa ölkəyə satmaq damğası qoyacaqlar” kimi izah etdilər.
Biz isə bütün bunları başqa ölkəyə satmaq yox, qəzetdə işıqlandırmaq üçün lentə aldığımızı bəyan etdik. Və budur, baxın, oxuyun!..

Ramin DEKO,
Bakı-Ostoro-Bakı
,
Azadlıq qəzeti



Категория: Талыш xəbərləri | Просмотров: 1945 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus