Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Январь » 8 » Atalar yaxşı deyib: “yersiz gəldi, yerli qaç!”
13:00
Atalar yaxşı deyib: “yersiz gəldi, yerli qaç!”
Bu yaxınlarda, Facebook səhifələrində özünü "Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri kimi təqdim edən Elman Eldaroğlu imzalı bir yazarın Azərbaycan Respublikasının Yardımlı rayonunun əhalisinə belə bir müraciətini oxudum; "əziz yardımlılar! Rayonumuzda adları fars mənşəli olan kənlərin adlarını dəyişək!..”

E.Eldaroğlunun bu müraciəti 1990-ci ildə Sabir Rüstəmxanlının ölkəmizin aborigen etnoslarından biri olan Talış xalqının qədim coğrafi adlarını, eləcə də tarixi toponimlərini təhrif etdiyi "Ömür kitabı” adlı cəfəngiyyatnaməsini yadıma saldı!

Bu müraciəti oxuyanda məni bir şey düşündürdü; görəsən, bu adam o səviyyədə gerizəkalı məxluqdur, hətta onu da anlamır ki, bu yaşayış məskənlərinin adları fars yox, buranın əzəli və əbədi sakinləri olan Talış xalqının dilindədir!? Və yaxud, dünən bu ərazilərə köç edib gəlmisənsə, sən də S.Rüstəmxanlı kimi tarixi adlarımızı dəyişmək eşqinəmi düşməlisən? Kim sənə bu haqqı verib? Ayıb olsun!

Hörmətli oxucular! E.Eldaroğlunun sərsəmləmələrinə cavab kimi, gənc tarixçi alim Vüqar Salayevin Facebook səhifəsində yazdığı bir statusu Sizə təqdim edirəm:

"XIX-cu əsrin əvvllərində indiki Yardımlı ərazisi Talış xanlıgının SEFIDAŞT (Spidaşt SPI+DAŞT) mahalinin dag ərazisinə təsadüf edirdi. O zamandan Talışa Russiyadan bir çox insanlar gələrək, bu əraziləri öyrənməyə çalışırdılar. Bu yeni birleşdirilmiş ərazilərdə siyasi idarəcilik çox zəif oldugundan və üsyançı ab-havanın saxlanması ərazinin etnik durumunun öyrənilməsini gündəmdə saxlayan ən ümdə məsələlərdən biri sayılırdı. Həqiqəti məxfi orqanların göndərdiyi insanlar öz idarələri üçün hazırladığı yazılarda axtarmaq lazimdır, çunku onlar vəziyyəti mümkün qədər olduğu kimi göstərməli idilər ki, zamanı yetişəndə, bu dolğun informasiya əsasında rəhbərlik yanliş qərar verməsin. Bu insanlarin verdiyi məlumatın həqiqətə mümkün qədər yaxın olmasında maraqlı olması və böyük məsuliyyət daşıdıqları barədə danışmaq, məncə luzumsuzdur. Bu məxfi orqanlarda çalişan insanların öz işinin peşəkarı olması da şübhələr dogurmur. Taliş xanlıgı ərazinin аraşdırılması Leqkobıtova həvalə edilir. (Легкобытов В. Талышинское ханство. – Обозрение Российских владений за Кавказом в статистичеком, этнографическом, топографическом и финансовом отношениях. СПб, 1836, ч. III). 

Leqkobıtov indiki Yardımlı ərazisindəki tayfalar haqqında söz açaraq Taliş dilində və Türk dilində danişan tayfaları sadalayır. Onun məlumatina əsasən: 1) Talışca danışan tayfalar; Allar, Pirembel, Dılaqardə: 2) Türkcə danışan tayfa – Səfidaşt, bununla belə, muəllif bu tayfaların yuxarıda adı sadalanan Taliş tayfaları ilə eyniköklü oldugunu vurğulayır. Bu da ki, Səfidaşt tayfasının dilinin də vaxti ilə Taliş dili olduguna dəlalət edir. 

Bu tayfaların assimilyasiya olaraq türkləşmə xronologiyasını, təxminən göstərməyə şaışacağıq: 
1) Səfidaşt tayfası - 18 əsr ərzində türkləşib; 
2) Dılaqardə tayfası - 19 əsrin ortalarında türkləşib, amma bəzi qrupları Talış dilindən 19 əsrin sonlarına qədər istifadə etmişdir. Məsələn, bu tayfanın Aran Qarabağına köşən qollari (indiki Fizuli rayonu); 
3) Pirembel tayfası – 19-cu əsrin ortalarında türkləşdi;
4) Allar tayfası - Muğanda olan allarlıların 4 əsas kendlərindən 3-nün əhalisinin qatışıq olduğundan 20-ci əsrin əvvəllində türkləşdilər. Muğanda olan Allar kəndi (Cəlilabad r.) 20-ci əsrin 30 - 40-cı illərində türkləşdi ( bu məlumat 70-ci illərdə Talışın yeganə tədqiqatcısı Atiqa Izmaylovadandır). Amma, Yardımlıda yaşayan allarlılar (Allar və Şıxhüseynli kəndləri) indi də Taliş dilindən istifadə etməkdədirlər. 2000-ci illərin əvvəllərində Talışı tədqiq edən Amerika alimləri (oxu; kəşfiyyatçıları) bu kəndlərin (üstəgəl orandlıların Tili kəndini) Talış oldugunu vurguladılar. Amma, son on ildə bu allar talışları üzərində manqurtlaşma istiqamətində o qədər qüvvətli iş gedib ki, vaxtı ilə talışca şer yazan insan bu gün özünün Türk oldugunu vurğulayır. Əyər şairini bu cür dəyişdiriblərsə, görün, sadə kəndlisi necə turkləşməyə məruz qala bilər? Bu tayfalardan başqa; 
5) Pornaim tayfasıdır ki, Pornaim adli mikrobölgədə yaşamışlar. Bu tayfanın Talış olması barədə hələ 19-cu əsrin sonlarında Talışıstana güzel bələd olan Kistenev yazırdı. O, orand, allar tayfaları ilə yanaşı, onların da adını Talış maldar tayfalarının sırasında cəkirdi. 

Pornayim mikrobölgəsinin yarısı Lerikdə , yarısı isə Yardımlıda yerləşir. Buna baxmayaraq, hər iki rayon ərazisində olan Pornayim kəndleri demək olar ki, bu günə kimi, əsasən turkləşmişlər. Qocalar sırasında Talışca bilənlərə rast gəlmək olur. Rus imperiyasına birləşdiriləndən sonra, indiki Yardımlı rayonu ərazisinə Irandan kütləvi sürətdə qaçqın axını vüsət aldı. Amma, Talış xanlığı hələ durmaqda idi. Türkdilli olan bu camaatı Talış xanlığının, əsasən sərhəd bölgələrində yerləşdirdilər. Hansı kendlər bu camaata öz yurdunda yer verdisə, məhz o kəndlər qısa zaman ərzində türkləşdilər. 

Beləliklə, bu qaşqınları öz yurdlarında yerləşdirən Talış kəndlilərinin türkləşməsində bu hadisələr birbaşa və mühüm rol oynadi. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz proses Lerikin Zuvand bölgəsində və Muğan düzündə baş verdi. Onu da qeyd edək ki, Muğanda yerləşən rayonlarımızda əhalinin çox böyü hissəsi, məhz yuxarıda adları şəkilən Talış tayfalarının varisləridir. Məsələn, Dılaqardə tayfasının varisləri Cəlilabad rayonunun 20 - 25 kəndində yaşayan əhalinin əksəriyyətini təşkil edir. Pirembel, Səfidaşt tayfalarının varisləri də ən azından bu qədər kəndlərə sahibdirlər.

Sonda: TALIŞDA IKI CÜR INSAN VAR - TALIŞ VƏ GƏLMƏ! ÜÇÜNCÜSÜ YOXDUR! TALIŞISTANDA YAŞAYANA VƏ MƏN TALIŞ DEYILƏM DEYƏNIN SADƏCƏ, ASSİMİLYASİYA TARİXİNİ, YAXUD BABALARININ QACQIN QİSMİNDƏ BU ƏRAZİLƏRƏ HARADAN QACIB GƏLDİYİNİ MÜƏYYƏN ETMƏK QALIR... VƏ RƏHMƏTULLAHİ VƏ BARAKATUHU!”

Tarixçi Vüqar Salayevin Facebooc-da yazdığı şərh
Təqdim etdi: Mehdibəy Səfərov
Azəri – Talış İctima Birliyinin sədri


Категория: Talış tarixi | Просмотров: 3549 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus