Главная » 2013»Июль»29 » “Avropa Azərbaycanlıları” ilə Rusiyadakı dindar həmvətənlərimizin görüşü
20:17
“Avropa Azərbaycanlıları” ilə Rusiyadakı dindar həmvətənlərimizin görüşü
Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev və Şuranın Rusiya nümayəndəliyinin rəhbəri Qalib Hüseynov iyulun 27-də Moskva və Moskva ətrafında yaşayan azərbaycanlı din xadimləri ilə görüşüb. Görüşün təşkilatçısı Rusiya azərbaycanlıları dini lideri Hacı Famil olub. Bu barədə AAMBŞ-in yaydığı məlumatda deyilir ki, görüşün əhya gecəsinə təsadüf etməsi məclisin atmosferinə xüsusi rəng verib. Görüş zamanı Azərbaycanda dini sahədə mövcud olan problemlər, eləcə də inanclı insanların həbs və təqib edilməsi narahatlıqla qarşılanaraq qınanıb. Görüş iştirakçıları Azərbaycanda siyasi hakimiyyətin dindən öz məqsədləri üçün alət kimi istifadə etmək cəhdlərini də pisləyiblər. Bu xüsusda sonuncu nümunələrdən biri kimi Sumqayıtda bir neçə gün qabaq İcra Hakimiyyəti başçısının bir qrupu Cümə məscidinə toplayaraq Milli Şuranın sədri və prezidentliyə namizədi Rüstəm İbrahimbəyova qarşı danışdırmasından bəhs olunub.
Qabil Rzayev Moskva və Moskva ətrafında yaşayan mömin azərbaycanlıları ölkəmizdə qarşıdan gələn prezident seçkisinə biganə qalmamağa və faəllığa səsləyib. O, həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hər kəsin, o cümlədən inanclı kəsimin ölkəmizin demokratikləşməsi naminə dinc mübarizəyə töhvəsini verməlidir.