Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2012 » Декабрь » 23 » Karvan keçərkən dördayaqlıların çıxardığı ekzotik səslər...
18:29
Karvan keçərkən dördayaqlıların çıxardığı ekzotik səslər...
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin təsisçisi Eldəniz Quliyevlə müsahibə

- Eldəniz müəllim, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaradılmasının elan edilməsindən sonra həm respublikamızda, həm də respublikamızdan kənarda böyük ajiotaj yarandı, bu birliyin yaranmasının zərurətini nədə gördünüz ki, belə bir təşəbbüsdə bulunduz?


- Ajiotajı deyə bilmərəm, ama bəzi qüvvələr  kifayət qədər nigarançılıq keçirdi. Demokratiya sözünə və bu onların ehtiva elədiyi dəyərlərə rişxəndlə baxanlar, eləcə də alın təriylə, qanla qazandığımız  Dövlətçiliyimizin möhkəmlənməsinə öz konformist maraqları rakursundan yanaşan hakim partiyanın bəzi funksonerləri əlbəttə ki, Birliyin yaranmasını təşvişlə qarşıladılar. Biz Birliyi demokratik Dövlətçilik naminə yaratdıq. Biz istədik ki, Konstutusiyada təsbit edilmiş, habelə Allah-Təala tərəfindən hər bir insana, millətə, etnosa, xalqa bəxş edilmiş hüquqlardan və qismətdən yararlanaq. Həmrəylik, qardaşlıq ünsiyyətini əməli surətdə həyata keçirək. Biz istədik ki, etnik azlıqların hüquqları  azlıq olmayanların azğınlığına tuş gəlməsin. Nəhayət biz istədik ki, özünü ölkənin vətəndaşı sayan hər bir azərbaycanlı mənsub olduğu millətindən, dilindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq, eyni səviyyədə yaşasın, bərabərhüquqlu və hər hansı milli-psixoloji kompleksdən azad olsun. Biz həm də, hamıya və hər kəsə anlatmağa çalışdıq ki, Dövlətçiliklə Dövlət başçısının eyniləşdirmək olmaz. Dövlət başçısı insandı, səhv edə bilər, xəstələnə bilər və s.. dövlətçilik isə əbədidir. Dövlətlə dövlət başçısını eyniləşdirmək bir çox problemlərə, bəzənsə faciələrə yol açır və bu, anti-demokratik yanaşmadır.
Bəli, talışların da  talış olmayanlar qədər problemləri mövcuddur. Bəlkə də daha artıq. Bu problemləri konservləşdirmək əvəzinə onları həll etmək lazımdır. Hər hansı milli azlığa qayğı və  məhəbbətlə yanaşmaq lazımdır, nifrətlə yox.

- Eldəniz müəllim, respublikamızda kifayət qədər insanı bu sual düşündürür: niyə Eldəniz Quliyev?


- Daha yaxşı olardı ki, bu sualı verənlər ziyalı missiyası haqda fikirləşsinlər. Bu gün mən səmimi olaraq  düşünürəm və əminəm ki, talışların hüququ və haqqları ədalətsiz, qanunsuz  təhdidlərlə üzbəüzdür. Cənub bölgəsində fəaliyyət göstərən TV beşcə dəqiqə də olsun talış dilində veriliş vermir. Bu nonsesdir! Talışların dənizini, meşələrini gözləri görə-görə oğurlayıblar, məktəblərdə ibtidai sinif şagirdlərinə ana dilində dərs keçirilməsinə süni əngəllər törədilir. Əhali arasında elə bir xof yaradılıb ki, az qala qardaş-qardaşa şübhəylə, qorxuyla baxır. Bütün bunları görüb-anlayan və öz etirazını bildirən ləyaqətli talış ziyalısını isə şərləyib tutur, əzir, sındırırlar. Yaxud əksinə, bəzilərini deputat təyin eləyir, vəzifə verir, qabaqlarına tulapayı atır və düşünülmüş şəkildə onları assimlyasiya aparatından keçirib cındır əskiyə döndərirlər. Eldəniz Quliyev kor deyil, kar deyil, hətta  lal da deyil. Və inanın, mən bütün bu haqsızlıqlara qarşı çıxmasaydım, evdə nəvəmin  üzünə, güzgüdə öz gözümə baxa bilməzdim....

- Eldəniz müəllim, bildiyimiz kimi, siz həm Ziyalılar Birliyinin sədri, həm də Ziyalılar Forumunun həmtəsisçisisiniz, çətin deyilmi?


- Çətindir ya çətin deyil, məncə bunun mətləbə bir o qədər də dəxli olmamalıdır. Latınların bir məsəli var: "Nil volentibus ardium!”  yəni, cəhd eləyənə maneə yoxdur. Əsas odur ki, getdiyin yolun sonunda MƏBƏD olsun, İŞIQ olsun.

- Sizi müxtəlif dövlət və şəxslərlə əlaqələndirirlər, buna cavab olaraq "...bizi papuaslar maliyyələşdirir” dediniz. Maddi durumunuzun çətin olması sizin təşkilat üçün əlavə problemlər yaratmır ki? Yaradırsa bu problemləri necə həll edirsiz?


- Məni Rusiyayla, qərblə, İranla, kürdlərlə, ləzgilərlə, milyarderlərlə və s. əlaqələndirdilər. Bircə şeylə əlaqələndirmək ağıllarına gəlmədi - vicdanla! Fəaliyyətimizin mayası da, katalizatoru da bizim vicdanimiz və Azərbaycanı həqiqətən demokratik, talerant və gözəl bir məmləkət görmək istəyimizdir. Biz düz dayanmışıq və kölgəmizin əyri düşməyindən qorxmuruq. O ki, qaldı maddi duruma, biz ağır durumda deyilik, biz lap ağır durumdayıq. Ancaq əsas əxlaq prinsipimizdən də əl çəkmək fikrində deyilik - bu dünyada iki yaşam tərzi var: yaxşı yaşamaq və düz yaşamaq. Bizlər ikincini seçmişik. Neyləyək, bu da, bizim taleyimiz, alın yazımızdır.

- Mehdibəy Səfərov "Tolışon Sədo” qəzetinə müsahibəsində bildirmişdi ki, hər ikinizə bu və ya digər formada təzyiqlər edilir, bu barədə əlavə açıqlama verə bilərsinizmi?


- Təzyiqlər Mehdibəyin dediyindən də çox və təhlükəlidir. Ancaq bizə qarşı yönəlmiş hədələr, təhdid və təhqirlərə, karvan keçərkən dördayaqlıların çıxardığı ekzotik səslər kimi baxırıq. Çünki təsir əks təsirə bərabərdir. Bir də axı bunların dediyinə, ya elədiyinə niyə fikir verməliyik? Bunların azacıq abrları olsaydı məlum video qalmaqalından sonra dillərini dinməz yerlərinə qoyub susardılar, utanıb yerə girərdilər. Bu mənada, onların dedikləri və ya oğrunun qışqırtısı-eyni şey kimi qəbul edilir.

- İlk olaraq Sizin təşkilata böyük hücumlar edildi, sonra isə müdafiənizə bir sıra tanınmış simalar qalxdı, Sizcə Sizi tənqid, hətta təhqir edənlərin məqsədləri nədir? Bütün bunlar Sizin təşkilatın tanınması üçün piar rolunu oynamır ki?


- İlk növbədə, bizi tənqid və təhqir edənlərə öz təşəkkürümü bildirirəm. Fikir verin, YAP-ın icraçı katibindən tutmuş, digər  funksonerləri - Siyavuş Novruzov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Aydın Mirzəzadə və digərləri, bunlar o insanlardı ki, neçə illərdi ki, israrla qatığa qara deyirlər. Yəni onların pislədiyi hər nə varsa, demək təriflənir, təhqirləri isə xalqın alqışı kimi qarşılanır.
Onlar bir məqsədə xidmət edirlər - işıq gələn yerə pambıq tıxamağa. Onların bir istəyi var - ölkəni şəxsi holdinqə çevirmək. Belə düşünürlər ki, Azərbaycanda yaşayan əhali, etnik azlıqlar da daxil olmaqla, hamı onların köləsi, dədələrinin hambalıdır. Bu sayaq düşüncə və bu sayaq dünyagörüş, əslində elə hambal xislətidir. Onlar özlərindən yuxarıların nökəri olduqları üçün təltəlşüur olaraq, özlərindən aşağıdakıların qul olmasını arzulayırlar. Bu bir zəyiflik kompleksidir, əslində mənim onlara yazığım gəlir.
Bizi sidq-ürəklə dəstəkləyənlərə isə, elə sidq ürəklə də "çox sağ olun” deyirəm.

- Aldığımız məlumata görə Birliyinizin yerli təşkilatlarının üzvlərinə, onların qohumlarına təziqlər edilir, bu barədə ictimaiyyətə geniş açıqlama vermək fikriniz yoxdurmu?


- Xeyr, hələlik belə bir fikrim yoxdur. Biz bilirik nə istəyirik. Biz bilirik bu istəyimizə necə nail olacağıq. Biz qismət və alın yazısı mücadiləsinə çıxmışıq və bu YOLDA heç nədən qorxub-çəkinməyəcəyik. Lap belə, ölümdən də!

Müsahibəni "Tolışon Sədo” qəzeti üçün Rafiq Cəlilov götürüb



Категория: Müsahibə | Просмотров: 1940 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus