Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ
ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı

Statistika

Главная » 2014 » Ноябрь » 14 » Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında BİRGƏ BƏYANNAMƏ
20:40
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında BİRGƏ BƏYANNAMƏ
13.11.2014    


 Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında

 
BİRGƏ BƏYANNAMƏ

 

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəsmi dəvəti ilə İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti 12-13 noyabr 2014-cü ildə (21-22 aban 1393-cü il) Azərbaycan Respublikasına səfər etmişdir.
 
Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və İran İslam Respublikasının Prezidenti (bundan sonra Tərəflər);
 
ikitərəfli əlaqələrin vəziyyətini və perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə edərək, 
 
hər iki ölkənin xalqları arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən çıxış edərək;
 
20 may 2002-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqavilə”yə əsaslanaraq;
 
hərtərəfli əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət əsasında ədalətli dünya qaydasının formalaşdırılmasına və dövlətlərarası əlaqələrin inkişafına yardım edilməsinə çalışaraq;
 
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında etimad və tərəfdaşlığın möhkəmləndirilməsinin regionda sülh və sabitliyə yardım edəcəyinə əminlik ifadə edərək;
 
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn digər ümumtanınmış prinsip və normalarına və ilk növbədə beynəlxalq hüquq qaydasının dəstəklənməsinin və möhkəmləndirilməsinin əsası qismində dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət, zor işlətməmək və ya zor işlətməklə hədələməmək və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq olduqlarını təsdiq edərək;
 
Regionda ölkələrin normal inkişafına, onlar arasında hərtərəfli əməkdaşlığa mane olan həll olunmamış münaqişələrin mövcudluğundan xüsusi narahatlıqlarını ifadə edərək;
 
İki ölkənin üzvü olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətə yardım etmək niyyətlərini bəyan edərək; 
 
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin zəruriliyini qeyd edərək;
 
İran İslam Respublikası Prezidentinin Azərbaycan Respublikasına hazırkı səfərinin dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edərək;
 
aşağıdakıları bəyan etdilər:
 
I
 
Tərəflər bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını təşviq edəcəklər;
 
Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrində qarşılıqlı maraq doğuran beynəlxalq və regional problemlərə dair müxtəlif səviyyələrdə siyasi dialoqu davam etdirəcəklər;
 
Parlamentlərarası əlaqələri ikitərəfli əməkdaşlığın mühüm tərkib hissəsi kimi qiymətləndirərək, iki ölkənin parlamentləri arasında əməkdaşlığın fəallaşması və parlament üzvlərinin müntəzəm qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğuladılar;
 
Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq etdilər;
 
II
 
Tərəflər beynəlxalq və regional məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirəcək, regionda sülhün və sabitliyin qorunması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklər;
 
Tərəflər BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətmək və ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar. Yuxarıda qeyd olunanlara əsaslanaraq, Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq etdilər;
 
Tərəflər beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini əsas götürərək, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində bütün ölkələrin, o cümlədən İran İslam Respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəklədiklərini bir daha təsdiq etdilər; 
 
Tərəflər terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq etdiklərini, tolerantlığa əsaslanan və multikulturalizm tarixi mirasları ilə mədəniyyətlərarası dialoq təşəbbüslərinə fəal dəstək verdiklərini, həmçinin islamafobiya, irqçilik, zorakılıq və digər separatçılıq meyillərinə və hallarına qarşı mübarizəni davam etdirmək istiqamətində qərarlı olduqlarını bir daha bəyan etdilər;
 
III
 
Tərəflər beynəlxalq hüquq qaydasına yeni təhdid və çağırışlara qarşı Birləşmiş Millətlər Təşkilatının potensialından effektiv istifadənin vacibliyini qeyd etdilər;
 
Tərəflər terrorizm, separatizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi və transsərhəd cinayətkarlığa qarşı mübarizədə ikitərəfli əsasda və BMT qurumlarında birgə fəaliyyətə hazır olduqlarını bəyan etdilər;
 
Tərəflər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər universal və regional təşkilat və forumlarda qarşılıqlı fəaliyyəti möhkəmləndirmək niyyətlərini bildirdilər;
 
IV
 
Tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafının istiqamətverici mexanizmi kimi iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdilər;
 
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye, energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı  dərinləşdirmək niyyətindədirlər;
 
Tərəflər öz iqtisadiyyatlarının diversifikasiyası və onun yeni texnoloji əsaslara keçirilməsi sahəsində prioritetlərini nəzərə almaqla, bundan sonra da ikitərəfli iqtisadi, ticarət, investisiya, elmi və texniki əlaqələrini inkişaf etdirəcəklər;
 
Tərəflər iki ölkə arasında nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəklər və öz ərazilərindən tranzit daşımaların həyata keçirilməsi üçün əlverişli şərait yaradacaqlar;
 
Tərəflər ölkələrində qarşılıqlı sərmayə qoyuluşunu və digər ölkələrdə ortaq sərmayə qoyuluşunu təşviq edərək, bu istiqamətdə təklif olunan layihələri araşdıracaq və razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün zəruri addımlar atacaqlar;
 
Tərəflər iki ölkə arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlavə səylər göstərəcəklər. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə bağlı Saziş layihəsinin tezliklə imzalanmasının zəruriliyini bildirdilər;
 
Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş”in tezliklə qüvvəyə minməsinin vacibliyini qeyd etdilər;
 
Tərəflər Araz çayının imkanlarından səmərəli istifadə etməklə iki ölkə arasında qarşılıqlı maraqların qorunması və razılaşdırılması əsasında Araz çayı üzərində transsərhəd əməkdaşlığın və yeni ortaq layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladılar; 
 
V
 
Tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlər arasında birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladılar;
 
Tərəflər 2014-cü ilin sentyabr ayının 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində baş tutmuş Xəzər Zirvə Toplantısının nəticələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdilər;
 
Tərəflər ətraf mühitin mühafizəsi, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığı davam edəcəklər;
 
VI
 
Tərəflər iki ölkə arasında mədəniyyət və incəsənət, elm və səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə səy göstərəcəklər;
 
Tərəflər hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin gücləndirilməsinə yardım edəcəklər;
 
Tərəflər hazırkı Bəyannamənin iki ölkə arasında etimadın və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə etdilər.
 
Bu Birgə Bəyannamə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani arasında aparılmış danışıqların nəticəsi olaraq Bakı şəhərində 12 noyabr 2014-cü il tarixində iki əsl nüsxədə, Azərbaycan və fars dillərində qəbul edilmişdir.   
    

 

 

Категория: İran | Просмотров: 2200 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus